“Nazilrik əlinin altındakı sənədi bizdən istəyir” - GİLEY
Tarix: 24-02-2020, 09:26 | Çap et
“23 ildir ki, qardaşımın məzarı Şəhidlər Xiyabanındadır, ölüm haqqında şəhadətnaməsində döyüş tapşırığını yerinə yetirərkən xəstəlikdən öldüyü qeyd edilib. Taleh ailəli olmadığına görə 5 il şəhid ailəsi kimi dövlətin güzəştlərindən valideynləri yararlanıb. Ancaq sonradan qəflətən güzəştləri ləğv etdilər, dedilər, şəhid ailəsi hesab olunmursunuz. 18 ildir ki, “şəhid ailəsi” statusumuzu bərpa edə bilmirik”.
DİA.AZ-ın məlumatına görə, Mingəçevir sakini Ramil Musayev danışır ki, qardaşı Taleh Musayev 1996-cl ildə Tərtərdə cəbhə xəttində hərbi xidmətə başlayıb. 3 ay sonra – 1997-ci ilin yanvarında nəşi yaşadığı ünvana gətirilib və ailəsinə bildirilib ki, o, döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Taleh Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn olunub. Ailə şəhid ailəsi kimi tanınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi valideynlərinə şəhid sosial güzəştlərdən yararlanan ailəsi kimi vəsiqə də verib. Ancaq 2002-ci ildə ailənin şəhid ailəsi statusu ləğv edilib və güzəştlərdən məhrum olunub. Ramil Musayev deyir, səbəbi özlərinə də bildirilməyib.
“Dəfn olunanda komandir bizə demişdi ki, qardaşım və bir neçə əsgər posta qalxarkən erməni hərbçilərinin hücumuna məruz qalıb, iki əsgərimiz girov götürülüb, qardaşımın qorxudan dili tutulub, sonra da keçinib. 5 ildən sonra şəhid ailələrinə pensiya kəsiləndə sənədləri toplayıb müraciət etdik, bizə bildirildi ki, Taleh şəhid sayılmır, buna görə də ailəsinə pensiya düşmür. Biz rəsmi qurumlara müraciət etməyə başlayanda şəhid ailəsi kimi 5 il yararlandığımız güzəştləri də ləğv etdilər”, - Ramil Musayev deyir.
Taleh Musayevin valideynləri onun hüquqi varisi kimi birdəfəlik sığorta və digər güzəştlərlə təmin olunmaq üçün aidiyyəti qurumlara mürciət edir. Ancaq müraciətləri nəticəsiz qalır.
Qardaşı sözünə davam edir: “18 ildir ki, Talehin şəhidlik statusunu bərpa etdirə bilmirik. Özləri onun döyüş tapşırığını yerinə yetirərkən həlak olduğunu yazıblar. Özləri 23 il əvvəl cəbhə xəttindən gətirib nəşini Şəhidlər Xiyabanında dəfn ediblər. Özləri ailəyə şəhid ailəsu statusu veriblər. Özləri 5 il ailəyə şəhid ailəsi ki güzəştlər tətbiq ediblər. Bu, necə olur bəs?”
2019-cu ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Musayevlər ailəsinin müraciətinə rəsmi cavab məktubu göndərib. Məktubda qeyd olunub ki, Taleh Musayev mədə xorası və qarın boşluğuna maye yığılması səbəbindən hərbi hissədə vəfat edib. Bu səbəbdən Taleh Musayevə “şəhid”, ailəsinə “şəhid ailəsi” statusunun verilməsi mümkün deyil. Musayevlər ailəsi bu cavabdan daha da məyus olublar: “Əvvəla, qardaşım hərbi xidmətə göndəriləndə hərbi komissiya tərəfindən həkim müayinəsindən keçib, sağlam olması barədə rəy verilib və hərbi xidmətə göndərilib. 3 ayın sağlam əsgəri necə oldu ki, qəflətən mədə xorasına tutuldu, qarnına su yığıldı? Bu xəstəlik bir anın içində yaranan xəstəlik deyil. İkincisi, əgər belə bir xəstəliyi vardısa, 18 yaşlı xəstə əsgəri cəbhə xəttində hərbi hissədə niyə saxlamışdılar, o vəziyyətdə niyə posta çıxarırdılar, niyə hospitala yerləşdirməmişdilər? Əgər əsgər mədə xorasından dünyasını dəyişmişdisə, niyə gətirib Şəhidlər Xiyabanında dəfn etmişdilər? Əslində rəsmi qurumun verdiyi bu cavab bizdə qardaşımın ölümü ilə bağlı sualları çoxaldıb, çoxlu müəmmalar ortaya çıxıb. Qardaşım hansı səbəbdən ölüb, yaxud öldürülüb? Niyə hərbi hissənin həkim şəhadətnaməsində mədə xorasından, ölüm haqqında şəhadətnamədə döyüş tapşırığını yerinə yetirərkən öldüyü yazılıb?”
Müdafiə Nazirliyinə etdikləri müraciətə cavab olaraq ailəyə bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, döyüş tapşırığının və ya döyüş təminatının yerinə yetirilməsi zamanı həlak olmuş, itkin düşmüş, və ya məhkəmə qərarı ilə itkin elan olunmuş şəxslər şəhid hesab olunur. Bu hallar ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı ilə təsdiq olunur. Məktubda Musayevlər ailəsindən xahiş olunur ki, Taleh Musayevin ölüm şəraitini əks etdirən sənədləri Nazirliyə təqdim etsinlər. Musayevlər ailəsi bu cavabdan da razı deyil: “O sənədlər ailəyə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə verib. Yəni, sənədlər öz əllərinin altındadır və təkcə ölüm haqqında şəhadətnaməyə baxsalar, görərlər ki, vaxtilə əsgərin ölüm haqqında şəhadətnaməsinə özləri onun döyüş tapşırığını yerinə yetirərkən həlak olduğunu yazıblar. Müdafiə Nazirliyinin hərəkəti ahıl yaşında olan xəstə valideynləri incitməkdən başqa bir şey deyil”.
Musayevlər ailəsi ölkə başçısına da müraciət ediblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
|