Sahil Babayevin Prezidentin siyasətinə qarşı MƏSULİYYƏTSİZLİYİ - Nazir bütün bunları bilərəkdən edir?
Tarix: 8-04-2020, 11:48 | Çap et
Epidemiya ölkədə yayılmağa başlayanda hökumət bunu minimallaşdırmaq və vətəndaşın sağlamlığını qorumaq məqsədilə üzərinə düşən hər şeyi etməyə başladı. Prezident İlham Əliyevin yürütdüyü bu siyasət indi Azərbaycanın dünyada virusla ən effektli mübarizə aparan ölkələr sırasında qərarlaşmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatı hesabatlarında bunu açıq şəkildə ifadə edir. Lakin koronavirus təkcə insanların sağlamlığını yox, həm də gəlir mənbələrini hədəfə alıb. Çünki yoluxma hallarının qarşısını almaq üçün digər ölkələr kimi Azərbaycan da xüsusi karantin rejimini tətbiq edir və təbii olaraq, iş yerləri müvəqqəti bağlanıb. Ən çox əziyyət çəkən təbəqə günəmuzd işləyənlərdir. Bu situasiya təkcə Azərbaycanda yox, virusun yayıldığı bütün ölkələrdə də eynidir. Misal üçün, ABŞ-da son iki həftədə 10 milyondan çox insan işsizlik müavinəti üçün müraciət edib. Azərbaycanın digər ölkələrdən fərqi odur ki, dövlət vətəndaşını ondan əvvəl düşünür, karantin rejimini tətbiq edərək, vətəndaşın sağlamlığını qoruduğu kimi, buna paralel olaraq, sosial dəstək paketləri də hazırlayır. Bizim ölkənin fərqi də məhz buradadır...
Prezident İlham Əliyevin göstərişi ilə hökumət 2,5 milyard manatlıq dövlət dəstəyi paketi hazırlayıb. Bu, koronavirus pandemiyasının zərər çəkən sahibkarlardan tutmuş, sadə vətəndaşa qədər hər kəsi əhatə edir. 300 mindən artıq günəmuzd işləyən vətəndaşın əmək haqqısı dövlət tərəfindən ödəniləcək, sosial çətinliyi olan hər kəsə iki ay müddətində birdəfəlik yardımlar ediləcək. Vətəndaşlar “e-sosial.az” portalında “e-xidmətlər” bölməsinə daxil olmaqla müraciət edə və dövlət yardımını ala bilərlər.
Göründüyü kimi, Prezident vətəndaşa xidmət siyasətinə sadiqdir, ən çətin gündə dövlət dəstəyi verilir, heç bir vətəndaş bu prosesdən kənarda qalmamalıdır. Prezident İlham Əliyevin “Bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur” bəyanatı həmişə prioritet olaraq qalır və həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşları dayanır.
Lakin qeyd etdiyimiz kimi, Azərbaycan təkcə koronavirusdan yox, həm də bəzi məmurların məsuliyyətsizliyindən əziyyət çəkir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında bu əziyyətlə yenidən üz-üzə qaldıq.
Sahil Babayevin açıqlamaları iki istiqamət təşkil edir.
Birincisi, bu, Prezidentin çoxşaxəli sosial siyasətinin əleyhinə olan çıxışlardır.
İkincisi, əhalinin sosial rifahı aşağı olan həssas təbəqəsi bu çətin günlərdə ruhdan salınır. Halbuki, nə olursa olsun, bir nazir belə açıqlamalar verməməli idi.
Birinci istiqamət üzrə baxdıqda, cənab nazirin dedikləri Prezident İlham Əliyevin dediklərinin tam əksinədir. Axı dövlət başçısı məhz əhalinin sosial rifahı aşağı olan təbəqəsinə dəstək məqsədilə sosial paketin hazırlanması və vətəndaşın bundan yararlanması tapşırığını verib.
Sahil Babayev isə bildirir ki, “Bütün işsizlər birdəfəlik yardımı almayacaq”.
İctimaiyyət nazirin bu açıqlamalarına sərt reaksiyalar verir. Misal üçün, iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, bu, “düşmən” açıqlamalarıdır: “Sahil Babayevin absurda açıqlamaları həm Azərbaycan konstitusiyasında təsbit olunan sosial dövlət modelinə, həm də “Bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur” bəyanatını verən İlham Əliyevin açıqlamalarına ziddir”.
Açıqlamanın davamına baxaq. Nazir bildirir ki, ailənin bir üzvü işləyirsə, əmək haqqı alırsa, digər üzvünə bu məbləğin verilməsinə ehtiyac yoxdur: “Əgər ailənin hər hansı üzvü dövlətdən hansısa dəstək alırsa (müavinət, sosial yardım, pensiya və s.) ona birdəfəlik ödəmə verilməyəcək. Resurslardan düzgün şəkildə istifadə etməliyik. Son 2 gündə on minlərlə müraciət emal edilib”.
Bu açıqlamanın cəmiyyətdə narazılıq yaradan tonda olduğu müşahidə olunur. Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, “O zaman ailədə bir nəfər əsgər gedibsə, digərləri getməsin, 3 nəfər işləyirsə, bir nəfər vergi versin və sairə”.
Məntiqlə baxsaq, cəmiyyət haqsız da deyil. Nazir ya fikrlərini düzgün ifadə etmir, ya da ifadə etdiyi fikrin nə qədər yanlış olduğunu anlamır.
Məsələ kimin haqlı, kimin haqsız olmasında da deyil. Mümkündür ki, ehtiyacı olmayan, yaxud rəsmi şəkildə işləyən şəxslər də birdəfəlik ödəmə üçün müraciət ediblər. Zaman-zaman belə halların şahidi olmuşuq və ola bilsin ki, Sahil Babayev bunu demək istəyir. Amma bu belə düzgün formada ifadə edilməli, cəmiyyətin haqlı tənqidinə şərait yaradılmamalı idi. Ancaq təkcə Sahil Babayev yox, onun mətbuat xidməti də eyni tonda, eyni rəngdə təkəbbürlü açıqlamalar verməklə bu həssas dövrdə dövlətin vətəndaşı üçün etdiklərinə kölgə salır.
Nazir Sahil Babayev kimi, onun rəhbərlik etdiyi qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilmiş “kriteriyalara uyğun gəlməyən şəxslərdən işsiz kimi qeydiyyata alınmaq üçün elektron müraciət etməyi xahiş edirik” kimi açıqlamalar da cəmiyyətdə narazılığı körükləyən rəngdədir. Çünki indiki halda insanlar təkcə virusla yox, həm də sosial çətinliklərlə üzləşiblər. Prezident vətəndaşlara dövlət tərəfindən yardım ediləcəyini açıqlayanda hər kəsdə böyük ümidlər yaranır, Sahil Babayev və işçiləri isə öz açıqlamaları ilə bu ümidi alt-üst edirlər. Hər-halda bu açıqlamaları daha normal şəkildə vermək olardı.
Cənab Sahil Babayev isə danışdıqca özünü daha da çətin vəziyyətə salır. Bildirir ki, şəxsiyyət vəsiqəsinin vaxtı keçmiş şəxslər birdəfəlik ödəniş almaq üçün qeydiyyatdan keçə bilməzlər. “Həmin şəxslərin qeydiyyatdan keçməsi üçün problem yaranacaq. Çünki elektron hökumət portalı üzərindən məlumatlar şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında oxunur. Ona görə də şəxsiyyət vəsiqəsi yenilənməlidir. Əgər mövcud şəxsiyyət vəsiqəsi qüvvədə deyilsə, məlumatlar toplana bilmir və buna görə də ona işsiz statusu verə bilmərik. Məsləhət görərdim ki, karantin müddətində evdən çıxmaq üçün verilən 2 saatlıq icazə müddətindən istifadə edib istənilən “ASAN xidmət” mərkəzlərinə gedərək şəxsiyyət vəsiqələrini yeniləsinlər”, - qeyd edir.
Əslində bu, vətəndaşların kütləvi şəkildə küçəyə çıxmasına, karantin rejimini pozmasına şərait yaradacaq məsuliyyətsiz açıqlamadır. Çünki nazirin bu açıqlamasından sonra mövcud şəxsiyyət vəsiqəsi qüvvədə olmayan vətəndaşlar birdəfəlik yardımdan yararlanmaq üçün kütləvi şəkildə 8103 xidmətinə SMS göndərəcək, kütləvi şəkildə ASAN xidmət mərkəzlərinə axın edəcəklər.
Hökumət vətəndaşların evdən çıxmamasını tövsiyə edir, icazəsiz çıxan şəxslər cərimələnir. Məqsəd kütləviliyin aradan qaldırılması və virusun daha çox yayılmasının qarşısının alınmasıdır. Belə görünür ki, Sahil Babayev bu açıqlaması ilə vətəndaşları karantin qaydalarını pozmağa və kütləviliyin yaranması ilə virusun yayılmasına sövq edir.
Sual yaranır, nazir bütün bunları bilərəkdən, ya bilməyərəkdən edir? Cavabın hər iki halında bu, məsuliyyətsiz yanaşma və dövlətin, birbaşa Prezidentin həyata keçirdiyi siyasətə kölgə salmaqdır... "Demokrat.az"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
|