Buralar rəsmən virus mənbəyidir... - Nəzarətsizlik...
Tarix: 13-04-2020, 12:25 | Çap et
Bildiyimiz kimi ölkəmizdə 29 martdan etibarən xüsusi karantin rejimi gücləndirilib. Xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam, supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət, eyni zamanda bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət dayandırılıbdır. Belə bir vəziyyətdə həm Bakıda, həm də regionda bir sıra hotellər xaricdən qayıdan vətəndaşlarımızı karantin rejimində yerləşdirilməsi üçün istifadə olunur. Bu məqsədyönlü addım ümumilikdə vətəndaşların təhlükəsiz şəraitdə sağlamlığını qoruyur. Amma elə hotellər də var ki, insanların sağlamlığı onlar üçün önəmli deyil. Onlar yaranmış vəziyyətdən də öz ciblərini doldurmaq üçün istifadə edirlər. Hotel lisenziyası altında əslində priton kimi fəaliyyət göstərən belə obyektlərdən ən öndə gedəni “Clear” hotelidir. Artıq çoxlarına bəllidir ki, Binəqədi rayonu ərazisində yerləşən, əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət adlı qardaşlara məxsus olan “Clear” hotelində qadın alveri tüğyan edir. Lakin buna baxmayaraq, hələ də adıçəkilən obyektin fəaliyyətinə son qoyulmayıb. Əldə etdiyimiz bilgilərə görə, buna səbəb Fəxrəddin və Fikrət adlı qardaşlarının Binəqədi Rayon Polis İdarəsinin rəisi tərəfindən himayə olunmasıdır. “Clear” hotelinin sahiblərinin İran və Ermənistanla uran alveri etdiklərini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, əvvəllər adıçəkilən obyekt hotel kimi müştərilərinə xidmət göstərsə də, artıq çoxdandır ki, “Clear” əsl – “priton”a çevrilib: “Belə ki, gün ərzində hoteldə müxtəlif yaş qruplarından olan qadınlar bədənlərini satırlar. Qeyd edim ki, qadınlar əsasən axşam saat 8-dən sonra hotelə gəlirlər. Bu səbəbdən də axşam saatlarında “Clear” müştərilərlə dolu olur. Burada yüngül həyat tərzi keçirən qadınlarla intim münasibətdə olmaq üçün xüsusi otaqlar hazırlanıb. Hotelə kənardan baxdıqda dəbdəbəli, normal, səviyyəli məkana bənzəsə də, əslində vəziyyət tamam başqa cürdür. Yəni Fəxrəddin və Fikrət adlı qardaşların sahib olduqları obyekt əsas gəlirini məhz qadın alverindən əldə edir. Görünür, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən “Clear”a himayədarlıq edənlər, bu tip obyekti işlədənlər, qadın alveri ilə məşğul olan, azyaşlı qızları müəyyən məbləğdə pulun qarşılığında satışa çıxaranlar, bir sözlə insan ticarətinin genişlənməsinə şərait yaradan və qadınları cinsi istismara məruz qoyanlar hələ də anlamırlar ki, bu kimi hallar mövcud qanunvericiliyə görə birbaşa cinayət əməli hesab olunur. Odur ki, həm ərazi sahə müvəkkilləri, həm də yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar bu qanunsuzluğa qarşı mübarizə aparmalıdır”. Məlumatlı şəxs iddia edir ki, Fəxrəddin və Fikrət adlı qardaşlara məxsus olan “Clear” hotelinin tikintisi gedən zaman yaxınlıqda yaşayan sakinlərə deyiblər ki, guya burada hotel yox, idman təyinatlı hansısa müəssisə fəaliyyət göstərəcək: “Lakin tikinti işləri yekunlaşdıqdan sonra məlum olub ki, burada məhz hotel olacaq. Sakinlər ilk əvvəl buna etiraz etməyiblər. Çünki onlar elə zənn edirdilər ki, “Clear” həqiqətən də hotel kimi fəaliyyət göstərəcək. Ancaq üzərindən bir müddət keçdikdən sonra məlum olub ki, həmin obyekt hotel adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Nəhəng binası, əzəmətli görünüşü, gözətçisi və mühafizəçisi olan obyektdə təxminən, 30-40 otaq müştərilərin ixtiyarına verilib. Otaqların kirayə qiyməti isə müxtəlifdir. Bildiyiniz kimi, bəzi ağır dəri-zöhrəvi və yoluxucu xəstəliklər, eləcə də insan həyatı üçün ciddi təhlükə hesab olunan viruslar məhz bu tip obyektlərdə yayılır. Çünki “priton”larda “xidmət” göstərən yüngül əxlaqlı qadınlar gündə 5-6, bəzən isə 10-15 nəfərlə yaxınlıq edir. Bu isə sonda həmin qadınların həm özlərinin, həm də onların “çalışdıqları” otellərin virus çəlləyinə çevrilməsinə səbəb olur. Odur ki, həmin yüngül əxlaqlı qadınlarla əlaqəyə girəndən sonra müştərilər bir sıra dəri-zöhrəvi xəstəliklərə yoluxma riskilə üz-üzə qalırlar. Bax, bu cür rəzalət “Clear” hotelində də yaşanmaqdadır. Yəni bura müraciət edən, daha doğrusu “priton”da fahişələrlə münasibətdə olan şəxslər gec-tez hansısa ağır xəstəliyə yoluxa bilərlər”. Bu arada, Fəxrəddin və Fikrət adlı qardaşlarının nəhəng biznes şəbəkəsinə malik olduqlarını vurğulayan mənbənin sözlərinə görə, onlar əlvan metal ticarətinin böyük bir hissəsini nəzarətdə saxlayırlar: “Deyilənlərə görə, “Clear” hotelinin sahibləri əlvan metal biznesi ilə məşğul olurlar. Belə ki, onlar bu sektorunun böyük bir hissəsini inhisara alıblar. Onlara bu işdə hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərdən biri yardımçı olur. Daha doğrusu, Fəxrəddin və Fikrət adlı qardaşlar məhz həmin şəxsin himayəsinə arxalanaraq əlvan metal biznesindəki bütün rəqiblərini neytrallaşdırmağa nail olublar. Onu da qeyd edim ki, qardaşlardan Fikrət spirtli içki aludəçisidir. Dəfələrlə olub ki, onun stuldan qalxmağa belə, taqəti qalmayıb. Məhz bu səbəbdən qardaşı Fəxrəddinlə arasında bir neçə dəfə narazılıq yaranıb…” Bütün bunlardan əlavə “Clear” hotelində qumar məclisləri də təşkil edilir. İnsanların təmasda olmasının qadağan olunduğu karantin rejimində bu hoteldə belə qanunlara və ciddi rejimə qarşı çıxmağın yəqin ki, qarşısını alan tapılacaq. Əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görməsələr həmin hoteldə koronavirusa yoluxmalar baş verə bilər. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.//Aktualxeber.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
|