“DİADEM” MMC -yə milyonluq tenderləri kimlər və hansı yollarla qazandırır? - İTTİHAM
Tarix: 22-04-2020, 10:03 | Çap et
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun vəsaitləri hesabına son bir il ərzində məcburi köçkünlər üçün bir neçə yeni yaşayış massivləri salınıb. Ötən il iyulun 5-də Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi,oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksi,dekabrın 28-də isə Kürdəmir rayonunda məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksləri məhz bu qəbildəndir. Qeyd edək ki,məcburi köçkün ailələri üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəllələrinin salınması işləri dövlətimizin başçısının 2011-ci ildə imzaladığı sərəncama əsasən aparılır və bu gün də davam etdirilir. Elə bu məqsədlə məcburi köçkünlər üçün Abşeron rayonu ərazisində salınacaq yeni yaşayış massivlərinin tikintintisinə fondun elan etdiyi tenderlər üzrə aprelin 15-də müqavilə bağlanılıb. Bağlanmış müqavilə barədə bir qədər sonra.
Qeyd edək ki, 2018-ci ilin noyabrında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbərliyində kadr dəyişiklikləri baş verdi. Fondun direktoru vəzifəsinə təyin edilmiş Mahir Abbaszadə buna qədər bir çox banklarda məsul vəzifələrdə çalışıb. O, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə “Zaminbank” ASC-nin “Gənclik” filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyib. 2015-ci ildə isə doğulduğu torpaqdan Milli Məclisin deputatı seçilən M. Abbaszadənin karyerasındakı növbəti yüksəlişi artıq oxuculara bəllidir. Qeyd edək ki,onun son beş ildə deputatlıq fəaliyyəti də o qədər ürəkaçan olmayıb. Dövrü mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlarda etimadını qazandığı “seçicilərin” Mahir Abbaszadəni o qədər də yaxşı tanımadıqları görsənməkdədir.Fonda rəhbərliyə gəlincə. Burada da Mahir Abbaszadənin heç bir müstəsna xidmətləri yoxdur.O sədəcə vəzifəsini icra edir. Yəni onun yerinə hər hansı başqa bir şəxs təyin edilsəydi belə, bu işlərin görülməsinə nəzarət etmək onun vəzifə borcudur.
Mahir Abbaszadənin rəhbəri olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Abşeron rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinin satınalması üzrə elan etdiyi tenderin qalibi “Diadem”MMC olub. Dövlət qurumu sözügedən MMC ilə yuxarıda göstərilən işlərin həyata keçirilməsi üçün 15 aprel 2020-ci il tarixində 70260430.96 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanmışdır.Müqavilə elanında 9 mərtəbəli binalarda mənzillərin sayı göstərilməsə də”Diadem”MMC hər birini orta hesabla 2 mln 422 min manata başa çatdırıb dövlətə təhvil verməlidir.
Qeyd edək ki,”Diadem”MMC cəmi iki il fəaliyyətə başlamasına baxmayaraq ötən il də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən verilmiş dövlət sifarişlərini həyata keçirib.Təbii biz bunların hamısını incələmək fikrində deyilik.Sadəcə bir sıra fərqi oxucuların diqqətinə çatdırmaq istəyirik.
Qeyd edək ki,cari ilin təkcə mart ayı ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunmuş bir neçə tenderin qalibi çıxan MMC-nin əldə etdiyi dövlət sifarişlərinin qiymətlərindəki fərq bir az müəmmalı görsənir. 13.03.2020-ci il tarixdə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 55 №-li yaşayış binasının tikintisin satınalması üzrə 2836613.66 manat dəyərində, Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 56 №-li yaşayış binasının tikintisinin satınalması üzrə 2836613.66 manat dəyərində,Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 57 №-li yaşayış binasının tikintisinin satınalması üzrə isə 3092126.13 manat dəyərində müqavilələr bağlanılmışdır. Amma 1152 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinə isə 70 milyon manat vəsait ayrılıb. Müəmmalı görünən də məhz budur.
Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Tender Komissiyası 80 milyon manat civarında müqavilələrin bağlanılmasında cəmi 10 manat nizamnamə kapitalı olan bir MMC-nin hansı yüksək,fərqli xüsusiyyətlərinə üstünlük verib? İnternet üzərindən axtarış etdikdə bir çox iri miqyaslı dövlət sifarişlərini həyata keçirmiş şirkətlərdən fərqli olaraq “Diadem”MMC-nin gördüyü işlər barədə məlumatlar çox azdır. Olan məlumatların əksəriyyəti isə bu MMC-nin yüksək vəzifəli məmurlara aid olduğu bildirilir.
2017-ci ilin dekabrında Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində MMC kimi dövlət qeydiyyatına alınmış “Diadem” 13.11.2019 cu il tarixdə təşkilati-hüquqi formasını dəyişərək “Diadem” ASC -yə çevrildiyini elan etsə də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə tikinti işlərinin aparılması üçün müqaviləni MMC kimi bağlayıb. Qeyd edək ki,”Vergilər” qəzetinin 31 yanvar 2018 ci il tarixli xüsusi buraxılışında şirkətin qanuni təmsilçisi Həmzəyev Həzi Mikayıl oğlu kimi göstərilib. Lakin nazirliyin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda qanuni təmsilçi Bayramov Azər Aslan oğlu olduğu bildirilir. Hər iki şəxsin hüquqi ünvanı Sumqayıt şəhəri,Corat qəsəbəsi məh 71 ev 3 göstərilib Nizamnamə kapitalının cəmi 10 manat olması, qanuni təmsilçilərinin eyni ünvanda fərqli şəxslər tərəfindən yaradıldığının göstərilməsi və üstəgəl yarandığı tarixdən böyük dövlət sifarişləri alması bu MMC ətrafında şübhələri artırmış olur.Ən böyük şübhə isə MMC-nin ancaq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan olunmuş tenderlərin qalibi olmasıdır. Yəni MMC yarandığı gündən başqa heç bir dövlət sifarişi həyata keçirməyib.Bəs necə olub ki, heç bir böyük layihələrin podratçısı olmayan MMC birdən birə 80 milyon manatlıq layihənin reallaşdırılmasna dövlət sifarişi alıb? O da şübhəsiz Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Tender Komissiyası tərəfindən buraxılan səhvlərin,yaxud da göz yumduqları çatışmamazlıqların sayəsində.
Qısa bir zamanda böyük dövlət sifarişləri qazanan MMC-nin maddi texniki bazası barədə axtarışlarımız nəticə vermədi. MMC nin nə qədər işçisi olması, böyük həcmli tikinti işlərinin həyata keçirilməsi üçün texniki vasitələrin olub,olmaması sual altındadaır. Ən başlıca sual isə bu MMC-nin arxasında dayanan gözəgörünməz gücün kimliyidir.
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə “Diadem”MMC məhz məcburi köçkünlər üçün tikintisi nəzərdə tutulan yeni yaşayış məntəqələrinin salınmasına verilən dövlət sifarişlərindən gəlir götürmək məqsədi ilə yaradılıb. Bunları iddia etməyə şübhələr də kifayət qədərdir. Məlum olduğu kimi, Azərbaycanda bu kimi tikinti işlərini həyata keçirmək iqtidarında olan bir çox iri şirkətlər var.Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Tender Komissiyası nə üçün maddi-texniki bazası olan şirkətləri deyil, məhz “Diadem” MMC-ni seçib? MMC-nin fond rəhbəri Mahir Abbaszadə ilə bağlılığı varmı? Bizi izləyin. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
|