"Əli Həsənovun həmin şəxslərə verdiyi mənzillər geri alınmalıdır" - Professordan ŞOK AÇIQLAMA
Tarix: 25-04-2020, 12:23 | Çap et
Çoxdandır ki, Azərbaycan mediasında KİVDF-nin fəaliyyətindəki çoxsaylı ciddi nöqsanlar və sui-istifadə halları barədə silsilə yazılar gedir. Nə qədər ki, Əli Həsənov və Vüqar Səfərli vəzifədə idilər həmin tənqidi yazı müəlliflərini bütün mümkün vasitələrlə şantaj edirdilər. Əli Həsənovun özünün ifadəsincə desək «şüşəli evdə oturub onu-bunu daşa tuturdular». Amma məşhur atalar məsələsində deyildiyi kimi «haqq incələr, amma üzülməz». Bu halda da haqq üzülmədi.
Cənab Prezident fəaliyyətlərindəki çox ciddi nöqsanlar və sui-istifadə halları ilə bağlı formalaşmış geniş ictimai rəyi əsas götürərək Ə.Həsənov və V.Səfərlini vəzifədən kənarlaşdırdı. Bu adamlar həqiqətən çox harınlanmışdılar. Nə özləri, nə də ətrafındakılar necə deyərlər artıq ayaqlarının altını belə görmürdülər. Görün, iş nə yerə çatmışdı ki, ölkə prezidentinin xüsusi sərəncamları ilə bilavasitə jurnalistlər üçün tikilmiş binalardakı mənzilləri bölüşdürərkən ağlagəlməz dərəcədə özbaşınalıq etdilər. Bu minvalla da jurnalistikaya əsla aidiyyatı olmayan çoxsaylı təsadüfi insanlar mənzil aldılar. Beləliklə də jurnalistikamızda sözü, izi və yeri olmayan, yəni jurnalist kimi tanınmayan çoxsaylı insanlar sadəcə Əli Həsənovun, ona həyat yoldaşı Sona Vəliyevanın və Vüqar Səfərlinin qohumu, yaxın adamı və ya işçisi olduqlarına görə mənzil alanlar siyahısına düşdülər.
Dəhşətə bir baxın, uzun illərdir ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətləri, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanı yeni inkişaf və yüksəliş mərhələsinə aparan titanik fəaliyyəti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu xətti ilə ölkə miqyasında və ölkə hüdudlarından kənarda həyata keçirilmiş çoxsaylı uğurlu layihələr barədə silsilə yazılar yazan, kitablar nəşr etdirən peşəkar jurnalistlər kənarda qaldı, amma Sona Vəliyevanın «yazmış» olduğu hansısa kitab haqqında hansısa saytda beş-on cümləlik tərifnamə yazanlara isə üç-dörd otaqlı mənzillər hədiyyə olundu. Bax, buna deyərlər hamam suyu ilə özünə dost tutanlar.
Əfsuslar olsun ki, Əli Həsənov, Vüqar Səfərli və onların ətrafındakı vəzifəli şəxslərin iştirakı ilə törədilmiş belə haqsızlıqlar bir deyil, beş deyil. Geniş ictimaiyyət nümayəndələri və son vaxtlar bu məsələyə münasibət bildilmiş olan bəzi millət vəkilləri kimi mən də o fikirdəyəm ki, KİVDF-nin fəaliyyəti hərtərəfli və dərindən araşdırılmalı və günahkarlar mütləq şəkildə cəzalandırılmalıdırlar.
Eyni zamanda hüquqları pozulmuş insanların haqları da özünə qaytarılmalıdır. Yəni, haqqı olmayan insanlara, xüsusən də jurnalist olmayan insanlara jurnalistlər üçün tikilmiş binalardan verilmiş mənzillər qeyd-şərhsiz geri alınmalıdır. Nəzərə alınmalıdır ki, Əli Həsənovun və onun kadrlarının dostluq, tanışlıq, qohumluq əlaqələri zəminində rəhbəri olduqları qurumlarda işlə təmin etmiş olduqları xeyli sayda qeyri peşə sahiblərinə də jurnalist adı altında mənzil verilməsi düzgün hərəkət deyildi.
Dünyanın heç bir ölkəsində dövlət jurnalistlərə əvəzsiz, ödənişsiz mənzil vermir. Bu praktika ancaq Azərbaycandadır. Bu, cənab prezidentin müstəsna xidmətidir. Nə yazıq ki, Əli Həsənov və Vüqar Səfərli ölkə Prezidentinin bu nəcib və xeyirxah missiyasından da sui-istifadə etməkdən çəkinmədilər. Artıq hər kəsə bəlli olduğu kimi, bu adamlar cənab Prezidentin mətbuatın və televiziyaların inkişafını stimullaşdırmaq niyyəti ilə davamlı olaraq ayırmış olduğu milyonlarla manat vəsaitləri bölüşdürərkən də sırf şəxsi maraqları mövqeyindən çıxış edərək çoxsaylı əyintilərə yol veriblər.
Uzun illər media sahəsində işlədiyimdən, Əli Həsənov və ətrafında olan məmurların iş prinsiplərinə az-çox bələd olduğumdan onların nə dərəcədə özbaşınalıq etdiyi, səlahiyyət həddlərini aşdığı, vəzifələrindən sui-istifadə etdikləri barədə çoxsaylı konkret faktlar sadalaya bilərəm.
Kimsə düşünməsin ki, mən bu sətirləri nə üçün məhz Əli Həsənov və Vüqar Səfərli vəzifədən kənarlaşdırıldıqdan sonra qələmə almışam. Diqqətli oxuculara bildirmək istərdim ki, mən artıq neçə illərdir ki, bütün bunlar barəsində davamlı olaraq aidiyyatı dövlət orqanlarını məlumatlandırmışam. 2019-cu ilin aprel ayından başlayaraq isə ölkə Prezidenti və Birinci Vitse-Prezidentə yazılı müraciətlərim olub.
Mən də bir çox jurnalist həmkarlarım kimi o fikirdəyəm ki, Əli Həsənov və əhatəsinin vəzifədən uzaqlaqdırılması ilə kifayətlənmək olmaz. Unutmayaq ki, xeyli sayda havadarları, dəmtutanları və əlaltıları hələ də haradasa vəzifə, imkan və söz sahibidir. Hələ də Əli Həsənovun hakim komandaya olan «sədaqəti» və onun «əvəzsiz kadr» olduğu barədə təbliğat aparanlar var. Belələri hələ də, bəlkə də «qaytardılar» xülyası ilə yaşayır.
Təbiidir ki, əvvəllər olduğu kimi bu gün də həmin dairələr birbaşa Ə.Həsənov tərəfindən stimullaşdırılır, istiqamətləndirilir və idarə olunur. Bütün bunlar isə onu deməyə əsas verir ki, Ə.Həsənov və onun yaxın ətrafının fəlaiyyətinin bütün aspektləri dərindən və hərtərəfli araşdırılmalı, yol vermiş olduqları qanunsuzluqların, sui-istifadə hallarının, mənimsəmə faktlarının, təmsil olunduqları iqtidarın maraqları ilə daban-daban zidd əməllərin dairəsi və dərəcəsi müəyyənləşdirilərək adekvat hüquqi addımlar atılmalıdır. Haqq, ədalət, qanunlarımız və geniş ictimai rəy bunu tələb edir.
Qafar Cəbiyev
Azərbaycan Respublikasının əməkdar jurnalisti,
«Qızıl qələm» müakafatı laueatı, professor //konkret.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
|