Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                     Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub .....                     Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları .....                     Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək .....                     "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..." .....                     “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb” .....                     Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb .....                     Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? .....                     Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? .....                     "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..." .....                     “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” .....                     Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri .....                     Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı .....                     Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi .....                     Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                     Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir .....                     İrəvan KTMT-dən imtina etdi, .....                     Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı .....                     David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... .....                     COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək .....                     Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir .....                     ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib .....                     Ermənistanın daxili işlər naziri istefa verib .....                     “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı .....                     Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? .....                     Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                 

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir... - İDDİA
Tarix: 15-05-2020, 11:26 | Çap et
Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...
Uzun müddətdir ki, Azərbaycanda internetin baha olması vətəndaşları narahat edir. İnternetin baha olması səbəbi ilə vətəndaşlar nisbətən ucuz qiymətə olan aşağı sürətdən yararlanmalı olurlar. Bu zaman da bir sıra problemlər ortaya çıxır. Məsələn, ölkədə elan edilmiş xüsusi karantin günlərində şagirdlər və tələbələr onlayn dərslərdə iştirak etmirlər. İnternetin baha olması səbəbi ilə bəzi şəxslərin evində, ümumiyyətlə, internet yoxdur, digərlərində zəif sürətli olduğu üçün onlayn dərs zamanı qırılmalar tədris prosesinə mane olur.

Bəs, ölkədə internet niyə bahadır? Bu yüksək qiymət hansı amillər əsasında təyin edilib?

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz vəziyyəti AYNA-ya belə şərh edib: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tez-tez açıqlamalar verir ki, bu, açıq bazardır. Guya, internet bazarı sərbəstdir və qiymətləri bazar müəyyən edir. Mən düşünürəm ki, onların bu açıqlamaları reallığı əks etdirmir. Bu, qeyri-ciddi açıqlamadır. Ona görə ki, Azərbaycanın internet bazarında dövlətin xüsusi çəkisi yüksəkdir. Ölkədə internet bazarının, təxminən, 65 fazi dövlət provayderlərinin nəzarətindədir. Məsələn, “Aztelekom”, “Baktelekom”, “Azercell”. Bunların pərakəndə internet bazarında payı 65 faizdən yuxarıdır. Belə nəticə çıxır ki, internet bazarı dövlətin inhisarındadır və qiyməti də dövlət diqtə edir”.

“Vaxtilə özəl “Delta Telekom” şirkəti bildirmişdi ki, provayderlərə satılan internetin qiymətini 70 faiz endirmək istəyir və provayderlərdən də qiymətin endirilməsini istəyir. Özəl provayderlər bununla razılaşdı, amma dövlət provayderləri razılaşmadı. Yəni dövlət provayderləri ucuz internet alıb qiyməti aşağı salmağa razı olmadılar. Böyük biabırçılıqdır bu. Bu, bazarda inhisarçılığı qoruyub saxlamaqdır. Hansı ki, dövlət bunun əksini etməli idi. Bazarı tənzimləyən qurum daha liberal, daha şəffaf, daha sərbəst rəqabətli mühit yaratmalı idi. Biz bunu görmədik. Bu, olmuş bir hadisədir. Mən hesab edirəm ki, internetin baha olmasında birbaşa günahkar Nazirliyin özüdür və onun nəzarətində olan üç provayderdir”, - müsahibimiz deyib.

Gündüzün sözlərinə görə, özəl provayderlər də dövlətin resurslarından istifadə etdiklərinə görər özbaşına qiymət endirməkdə maraqlı deyillər, əlavə təzyiqlə üzləşib başlarını ağrıtmaq istəmirlər: “Hökümət bunun fərqində olmalıdır və yuxarı orqanlar buna reaksiya verməlidir. Qiymət heç bir amildən asılı olaraq baha deyil, sadəcə Nazirliyin provayderləri belə istəyir. Azərbaycan internetinin tarixi göstərir ki, bizim internetdə qiymət endirimi iki halda mümkün olub: ya özəl provadeylər qiyməti endirib, ya da dövlət provayderləri. İndiki halda isə özəl provayderlər endirmək istədi, dövlət provayderi bunu blokadaya aldı”.

İnternetlə bağlı əhalini narahat edən başqa bir məsələ də var ki, aylıq abunə haqqı, adından da göründüyü kimi bir ay üçün ödənilir. Məsələn, 20 manatlıq internet istifadə edən şəxs bir aylıq istifadə üçün həmin 20 manatı ödəyir. Provayderlərin hər ayın ilk həftəsində ödənişlərin tələb edilməsi ilə bağlı qərarı isə vətəndaşın pulunun mənimsənilməsinə səbəb olur. Məsələn, hər hansı səbəblə aylıq ödənişi gecikdirib aprel ayının 28-i ödəniş edən vətəndaşın inteneti may ayının 6-da kəsilir və ondan növbəti ayın ödənişi tələb edilir. Lakin vətəndaş 20 manat ödədiyi halda cəmi 8 gün internetdən istifadə edib. Belə olan halda vətəndaş nə etməlidir?

Osman Gündüz bu barədə sualımızı da cavablandırıb: “Bunlar müqavilə ilə tənzimlənən məsələlərdir. Gərək vətəndaş operatorla müqavilə bağlayanda bunları nəzərə alsın. Əgər müqavilədə başqa şərtlər nəzərdə tutulubsa və provayder açıq-aşkar onu informasiya blokadasına alırsa, onun internetini kəsirsə, bu, qanuna ziddir. Belə olan halda vətəndaş dərhal yuxarı orqanlara və məhkəməyə müraciət edə bilər”.

Ekspert yaxın keçmişdə İlan Mask tərəfindən kosmosa göndərilən və yaxın gələcəkdə dünyanın hər yerində sürətli interneti əlçatan edəcəyi gözlənilən “Starlink” peykləri ilə bağlı məsələyə də toxunub: “Bu peyklər internet dövrü üçün yeni mərhələ olacaq. Müxtəlif ölkələrdə buna müxtəlif cür reaksiyalar var. Nəhəng şirkətlər var ki, bu layihəyə böyük yatırımlar ediblər və bu, onu göstərir ki, onların niyyəti ciddidir. Yaxın perspektivdə internetə əlçatımlılıq, internetə giriş imkanları dəyişəcək. Ümumiyyətlə, yeni bir mühit formalaşacaq. Sadə dildə desək, internet daim göydən asılı vəziyyətdə olacaq və sən əlini uzatsan, çatacaq. Digər tərəfdən, yerdəki avadanlıqlar ona cavab verə bilməlidir. Məsələn, telefon, kompüter elə istehsal edilməlidir ki, həmin interneti qəbul edə bilsin”.

“Hələlik, bu peyk internetinə əlçatımlılıq necə olacaq, hansı texnologiya ilə əldə ediləcək, milli hökümətlər buna nə reaksiya verəcək, bilmirik. Bizim ölkədə dövlət başçısının açıqlamaları ondan ibarətdir ki, internet üzümüzə açıqdır, sərbəstdir. Ona görə də bu peyk internetinə hansısa məhdudiyyətlər qoyulacağını gözləmirəm. Çünki ali rəhbərliyin iradəsi ondan ibarətdir ki, internet inkişaf etməlidir, genişlənməlidir. Mən xatırlayıram ki, dövlət başçısı naziri qəbul edəndə orada internetin keyfiyyəti ilə bağlı xüsusi bir vurğu etmişdi. Orada görünürdü ki, Prezident də internetin keyfiyyətindən narazıdır. Eyni zamanda, bizdə bir başqa layihədə var ki, internetin inkişafına kömək edəcək. “Azərtelekom”un layihəsinə əsasən, Xəzərin altı ilə Türkmənistana və Qazaxıstana böyük xətlər çəkiləcək və bu da Azərbaycanda internetin inkişafın xeyir verəcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru