DİA.AZ: - Şəki sakini əlillik təqaüdünün kəsilməsindən şikayətçidir.
DİA.AZ xəbər verir ki, bu barədə, Şəki şəhər, 5-ci rayon Vidadi küçəsi, ev 3/7 ünvanında yaşayan Reyhanə Məmmədova “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, 2021-ci ilin iyun ayından ikinci dərəcəli əlillik təqaüdü kəsilib.
Bronxial astma xəstəliyindən əziyyət çəkən Reyhanə Məmmədova əlillik təqaüdünün bərpası üçün aidiyyatı qurumlara müraciət etsə də, nəticəsiz qalıb.
Daha ətraflı aşağıdakı videoda:
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...