`Ege Hospital`da NECƏ XƏSTƏLƏNMƏYƏSƏN... - "Təmizliyə söz yox, amma..."
Tarix: 24-08-2022, 11:27 |
Çap et
DİA.AZ: - "Şikayətim "Ege Hospital"dandır". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Seyidrəhim Hüseynov giley edib.
Narazı vətəndaş daha sonra şikayətinə səbəb olan məqamları sadalayır:
"1) Parklanma yoxdur (Bakının ən işlək ərazisində yerləşən xəstəxananın az qala zirzemisinə qədər xəstə qəbul edilir).
2) Sanitar qovşaqlar sınıb-tökülür (təmizliyə söz ola bilməz, amma nə olsun ki... əlini nəyə vurursan, əlində qalır).
3) Lift isə başqa bir bəladır. 20-ci əsrin axırlarının avtobus dayanacağına oxşayır. Lift 20 dəqiqədən bir gəlir və gələndə də dolu olur..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...