Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                 

Siz kimə tabesiniz, Kərəm Mustafayev: Ali Baş Komandana, yoxsa «Xan» həzrətlərinə? - BU NƏDİ BELƏ?
Tarix: 22-10-2022, 10:14 | Çap et
Siz kimə tabesiniz, Kərəm Mustafayev: Ali Baş Komandana, yoxsa «Xan» həzrətlərinə?
Son vaxtlar Naxçıvan Muxtar Respublikasında maraqlı hadisələr baş verir. İddialara görə, muxtar respublikada fəaliyyət göstərən bir sıra şirkətlərdə yoxlamalar aparılır, ciddi nöqsanlar aşkara çıxarılır.

Naxçıvanda baş verən hadisələr barədə xəbər tutmaq, rəsmi informasiyanın verilib-verilmədiyini öyrənmək üçün muxtar respublikanın yerli kütləvi informasiya vasitələrini diqqətlə izləyirik. Son günlər yerli mediadakı bir məqam TNS-i əməkdaşlarının diqqətini xüsusilə cəlb edib.

Bildiyimiz kimi, əvvəllər Ali Məclisin sədri Vasif Talıbovun muxtar respublikada keçirilən rəsmi tədbirlərdəki çıxışları media vasitəsilə geniş ictimaiyyətə təqdim edilirdi. Vasif Talıbovun çıxışlarını təkcə muxtar respublikanın yerli mediası deyil, ölkəmizin kütləvi informasiya vasitələri, xüsusilə Azərbaycan Dövlət İnformasiya Agentliyi də yayımlayırdı. Həm muxtar respublikanın yerli kütləvi informasiya vasitələrini, həm də Azərbaycan mediasını izləyənlər görür ki, bir neçə vaxtdır, Vasif Talıbov keçirilən rəsmi tədbirlərdə çıxış etmir. Hər halda mediada belə təqdim olunur.

Məsələn, sentyabrın 26-da Sirab kəndində keçirilən açılış mərasimlərində, oktyabrın 5-də Naxçıvan şəhərində uşaq bağçasının açılışında, oktyabrın 18-də Şahbuz rayonunda keçirilən rəsmi tədbirlərdə Vasif Talıbovun çıxışını media təqdim etməyib. Bəs Vasif Talıbov tədbirlərdə niyə çıxış etmir? İctimaiyyət qarşısındakı çıxışlarının yayımlanmasında maraqlı olan, bu məsələyə xüsusi həssaslıqla yanaşan Vasif Talıbov birdən-birə niyə tədbirlərdə nitq söyləməyi dayandırıb? Açığı bu suallar bizi çox düşündürürdü.

Bir az araşdırma apardıqdan sonra məlum oldu ki, əslində Vasif Talıbov əvvəlki kimi keçirilən tədbirlərdə çıxış edir. Sadəcə olaraq, onun çıxışları muxtar respublikanın rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində, “Nuhçıxan” İnformasiya Agentliyində, eləcə də ölkə KİV-lərində yayımlanmır. Yəni Ali Məclisin mətbuat xidməti yaydığı xəbərlərdə Vasif Talıbovun çıxışlarını təqdim etmir. Amma... Bax elə məsələnin maraqlı tərəfi də burdadır. Sən demə, Vasif Talıbovun çıxışları yerli mediada yayımlanırmış. Yalnız Naxçıvan televiziyasında. Hətta bu çıxışlar Naxçıvan televiziyasının YouTube kanalında belə yerləşdirilmir. Yəni yalnız daxili auditoriyaya hesablanıb. Bu zaman isə başqa suallar ortaya çıxır. Vasif Talıbovun iştirakı ilə keçirilən tədbirlərdə, onun çıxışlarında cəmiyyətə hansı mesajlar ötürülür ki, onların Azərbaycan miqyasında təqdim edilməsi “məsləhət deyil”? Yaxud Vasif Talıbov niyə öz çıxışlarının yalnız Naxçıvan sakinləri tərəfindən eşidilməsini istəyir? Bunlar həm maraqlı, həm də ciddi suallardır. 30 ilə yaxındır ki, muxtar respublikaya rəhbərlik edən Vasif Talıbovun bu qərarı sıradan bir qərar kimi qəbul edilə bilməz. Əgər Vasif Talıbov belə bir qərar qəbul edibsə, bunun çox ciddi səbəbləri vardır.

Son günlər Ali Məclis sədrinin Naxçıvan televiziyasında yayımlanan tədbirlərini, çıxışlarını izlədikdən sonra bu suallara müəyyən qədər cavab tapdıq. Ancaq indi təqdim edəcəyimiz faktlar da məsələnin mahiyyətini tam açmır.

Deməli, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrindəki hərbi hissələrdə olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb. Həmin tədbir də Naxçıvan televiziyasında geniş işıqlandırılıb. Vasif Talıbovun hərbi hissələrə gedişindən hazırlanan reportajda həm onun, həm də əsgər və zabitlərin çıxışları Naxçıvan ictimaiyyətinə təqdim edilib. Kapitan Elgiz Yusifli Vasif Talıbovun qarşısında çıxış edərək deyib: “Çox hörmətli cənab Ali Məclisin sədri! Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən tədbirlər istər hakim yüksəkliklərdə, istərsə də daimi yaşayış məntəqələrində eyni səviyyədə görülür. Şəxsi heyət sizin qayğınızla daha da qürurlanır. Sizin qayğınızla torpaqlarımız ayıq-sayıq müdafiə olunur”.

Goranboy rayonundan olan əsgər Nicat Həmidli çıxışında Vasif Talıbovu daha da göylərə qaldıraraq deyib: “Fəxr edirəm ki, bu gün Naxçıvanda, ulu torpaqlarımızda sizin müdrik idarəçiliyiniz altında xidmət aparırıq. Əsgər yoldaşlarım adından sizi əmin edirəm ki, düşmənin istənilən təxribatının qarşısnı almağa hər zaman hazırıq”.

Maraqlıdır ki, bu çıxışların heç birində Azərbaycan Respublikasının Prezidenti, bu hərbçilərin Ali Baş Komandanı İlham Əliyevin adı çəkilməyib. Aydın məsələdir ki, Naxçıvanda aparılan ordu quruculuğu da, görülən digər işlər də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə, nəzarəti altında həyata keçirilir. Bəs o zaman hərbçilər görülən işlərə görə, niyə Prezident İlham Əliyevə deyil, Vasif Talıbova minnətdarlıq edir? Bu hərbçilərə belə danışmağı kim öyrədib? O əsgər bilmirmi ki, Ali Baş Komandanın rəhbərliyi altında xidmət aparır? Bilirsə, niyə Vasif Talıbovun müdrik idarəçiliyindən danışır? Biz bilirik ki, həmin hərbçilərin çıxışları dəfələrlə yoxlanılıb, onları tədbirdən əvvəl dəfələrlə dinləyiblər. Heç şübhə yoxdur ki, bu çıxışlarda nədən danışalacağı ilə bağlı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev məlumatlı olub. Bəs birbaşa Ali Baş Komandanın təyin etdiyi Kərəm Mustafayev hərbçilərinə niyə İlham Əliyevə deyil, Vasif Talıbova minnətdarlıq etməyi tapşırıb? İndi burdan soruşuruq: Siz kimə xidmət edirsiniz, cənab general?

Əgər bu çıxışlar televiziya vasitəsilə yayımlanmasa idi, bunu anlamaq olardı. Ancaq açıq-açığına ölkə rəhbərinin adını çəkməməklə hörmətsizlik etmək, özünü qabardıb muxtar respublika əhalisinə nəsə mesaj ötürmək başqa mətləblərdən xəbər verir.

Hörmətli oxucularımız yəqin ki, Vasif Talıbovun çıxışlarının niyə Azərbaycan KİV-lərində təqdim edilmədiyinin, ölkə ictimaiyyətindən gizlədildiyinin fərqinə vardı. Deməli, o, daxili auditoriyaya hesablanmış çıxışlar edir, mövqeləri zəiflədiyindən ölkə rəhbərliyini qıcıqlandırmamaq üçün bu çıxışların Azərbaycan miqyasında təqdim olunmasına imkan vermir. Beləliklə,Vasif Talıbov daxili auditoriyaya, Naxçıvan sakinlərinə deyir ki, siz heç kimə əhəmiyyət verməyin, buranın yiyəsi-sahibi də, rəhbəri də mən özüməm. Vasif Talıbovun bu yanaşması isə qəbuledilməzdir. Görək, onun bu hərəkətlərinə siyasi hakimiyyət nə qədər dözəcək?

Ovqat.com-un qısa əlavəsi:

Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu il iyul ayının 1-də maraqlı bir Sərəncam imzalamışdı. Sərəncama əsasən, ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə, Kərəm Nəriman oğlu Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişan ilə təltif edilmişdı. Maraqlıdır ki, Azərbaycanın rəsmi hərbi nişanları arasında belə bir mükafat mövcud deyil. Sadəcə, Ali Məclis sədrinin 25 iyun 2013-cü il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı təsis edilib ki, bu mükafatın adında da «qızıl» sözü yoxdur. Belə görünür, Ali Məclisin sədri Vasif Talıbov Kərəm Mustafayevin «Naxçıvana xidməti»ni elə feyzyab olub ki, hətta onun fəaliyyətini qanunvericilikdə mövcud olmayan nişanla mükafatlandırıb.
//Ovqat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Bu gün, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Bu gün, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Bu gün, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Bu gün, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Bu gün, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru