Naxçıvanın kəllə-mayallaq generalı Səlim Niftəliyev... - BU NƏDİ BELƏ?
Tarix: 14-11-2022, 09:07 |
Çap et
DİA.AZ: - "O boyda Naxçıvanın bir polis general-mayoru var – Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri Səlim Niftəliyev. Vəzifəcə Naxçıvan MR Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılovun müavini sayılır". DİA.AZ bildirir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Paylaşımda daha sonra qeyd olunur: "Məntiqlə üz-üzə gələndə Səlim Niftəliyev dərhal Rəşad İsmayılovun qarşısında fərağat dayanıb ona polis salamı verir. Təsəvvür edirsinizmi, general müavin polkovnik nazirin qarşısında fərağat dayanır.
Təqdim etdiyim bu şəkil, sözügedən anormal durumun təsadüfi olmadığını təsdiqləyir. Səlim Niftəliyev hətta qoluna vurduğu şevronu da kəllə-mayallaq yapşdırıb. Bayrağımızın göy rəngi aşağıda, yaşıl rəngi isə yuxarıda. General-mayor Səlim Niftəliyev deyəsən ya bayrağımızdakı rənglərin düzülüşünü bilmir, ya da elə özü tərs-mərs adamdır. Tərs-mərs adama kəllə-mayallaq da vəzifə nəsib olar".