Redaksiyamıza daxil olan məlumata görə bir əvvəl İsmayıllıda Quşencə kəndində meşə ərazisində 600 ədəd müxtəlif ağac növləri kəsilərək məhv edilib. 6 saylı ekologiya və təbii sərvətlər idarəsinin araşdırmasına görə həmin ərazi Həsənli adlanır və Quşencə bələdiyyəsinin ərazisinə daxildir. İşə hüquq -mühafizə orqanlarının əməkdaşları cəlb olunub və məlum olub ki,hadisəni kənd sakini Mustafayev Taleh Pənah oğlu törədib. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də baş vermiş hadisə ilə bağlı heç bir hüquqi ölçü göturülməyib.Əvvəl belə informasiya yayıldı ki,güya Taleh Mustafayev yerli ekologiya və təbii sərvətlər idarəsi tərəfindən 62.000 manat cərimə olunub.Daha sonra məlumat yayıldı ki,2000 manat Quşencə bələdiyyəsinin hesabına cərimə ödənilib.Daha sonra məlumat yayıldı ki, rayon polis idarəsində Taleh Mustafayev barəsində cinayət işi başlanıb. Ancaq bu günlərdə məlumat dəqiqləşdi.Belə ki, Taleh Mustafayev hüquq-mühafizə orqanları tərəfindən himayə olunur.Niyə,kimə görə bunun cavabını hələ ki,bilmirik. Ekologiya sahəsində baş verən istənilən hadisəni ört -basdır etmək ölkədə həyata keçirilən siyasətə xəyanətdir, çünki bu sahə bu gün çox aktual və ciddi nəzarət tələb olunan sahədir.Hər halda ekologiya düşməni ilə belə mülayim davranış yolverilməzdir.Yəqin ki, İsmayıllı rayon hüquq -mühafizə orqanlarının bu normativlərə zidd davranışı daha səlahiyyətli qurumların diqqət mərkəzində olacaq və hadisə ,səbəbkar layiq olduğu cəzanı alacaq.
Redaksiyadan: Mövzu ətrafında araşdırmalar aparılır.Mövzuda adı çəkilən dövlət qurumları və şəxsləri dinləməyə hazırıq. //azerinfo.media//