Azər Zeynalovun 10 qəpiklik biznesi çökdü - Onun monopoliyası imiş...
Tarix: 30-12-2022, 09:48 |
Çap et
DİA.AZ: - "Azər Zeynalovun 10 qəpiklik biznesi çökdü..." DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.
Jurnalist daha sonra yazır:
"Naxçıvanda ictimai nəqliyyat haqqı 40 qəpikdən 30 qəpiyə endirilib.
Avtobus sürücülərinin iddialarına görə, ictimai nəqliyyat pulunun qanunsuz olaraq 40-yə qaldırılması Naxçıvan MR-in baş “leşyeyəni” Azər Zeynalovun ağlının məhsulu idi.
Odur ki, sürücülər bu ucuzlaşmanı Azər Zeynalovun 10 qəpiklik biznesinin çöküşü kimi qiymətləndiriblər".