7 saylı Birləşmiş Şəhər Xəstəxanasının pediatrı Elsevər Kərimovun feysbuk profilindən yazdığı şərh sosial şəbəkələrdə gündəm olub. DİA.AZ Yeniavaz.com-a istinadla xəbər verir ki, pediatrın şərhi bir çox sosial şəbəkə istifadəçisi tərəfindən paylaşılıb və müzakirə mövzusuna çevrilib.
E.Kərimov yazdığı şərhdə gəlirin düzgün bölünməməsindən şikayətlənib: “Noyabr ayında 811 xəstəyə xidmət etmişəm, mənə 734 manat pul yazıb. Dekabr hələ qalıb. Hesabladım, adamın biri 90 qəpiyə düşür. Ona görə Azərbaycanda tibbi xidmət 1 manatlıq səviyyəyə düşüb. Heç olmasa, hər xəstəyə görə həkimə 5 azn ödənilsə, 4-5 min pulumuzu alarıq. Adam özünü qul kimi hiss edir. Zülmünü isə xalq çəkir: keyfiyyətsiz tibbi xidmət”.