DİA.AZ: - "Cənab nazir, buralar niyə XARABA QALIB?" DİA.AZ bildirir ki, bu sualla Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə Binəqədi rayonu sakinləri müraciət ediblər.
Sakinlər sözügedən rayon ərazisində yerləşən və hal-hazırda baxımsız vəziyyətdə olan Nəbatət Bağının bu gün sərxoşların və narkomanların oylağına çevrildiyini də qeyd edərək, nazirdən təcili müdaxilə istəyirlər...
DİA.AZ vətəndaşların müraciətini təqdim edir: "Binəqədi rayonu Nəbatət bağının ("pitomnik" adlanan yer) gözəl ağacları, ərazisi var. Ancaq ərazi baxımsız vəziyyətdədir və sərxoş, avara insanların məskəninə çevrilib.
Bu gözəl inci baxımsız haldadır. Xahiş edirik, bura diqqət ayrılsın. Park salınsın və ya qorunsun. Həm ətrafdakı insanlara, həm də Bakının yaşıllığına bir dəstək olsun.
Bir gun orada bina tikilsə təəccüblənmərik. Artıq ərazinin hasarlanması işləri gedir. İçəridə isə nə baş verir bilinmir..."
Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...