Ağsuda məmurların dövlət adına RƏSMİ QOÇULUĞU - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 5-06-2023, 11:33 | Çap et
Hər kəsə məlumdur ki, hal-hazırda dövlət-hakimiyyət orqanlarının əsas məqsədi şəhərlərdə, rayonlarda, qəsəbələrdə, iri yaşayış məntəqələrində, hətta ucqar dağ kəndlərində yaşayan sakinlərin üz-üzə qaldıqları problemləri aradan qaldırmaqdan ibarətdir. Belə bir səbəbdən də, bu günə kimi bir neçə dövlət layihə proqramları işlənib hazırlanmış və onların həlli mərhələli şəkildə də həyata keçirilmişdir. Faktdır ki, həyata keçirilən layihə proqramlarının nəticəsi olaraq, artıq şəhərlə kənd arasında əmələ gələn fərqlər kifayət qədər aradan qaldırılmış və demək olar ki, yerlərdə sosial problemlərin çoxu öz həllini tapmışdır. Unutmaq olmaz ki, istənilən sahədə əmələ gələn sosial problemlərin varlığı, məhz ərazidə idarəetməni həyata keçirən şəxsin və ya şəxslərin xarakterik xüsusiyyətindən, idarəçilik qabiliyyətinin göstəricisindən, yerli sakinlərə bəslədiyi münasibətin varlığından və s. asılı olur. Bundan əlavə, hər bir vəzifə sahibinin iş fəaliyyətinə, idarəçilik bacarığına sakinlər tərəfindən ictimai münasibət də bəslənilir. Belə olan halda hərkəs məcbur olur ki, daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlsin və rəhbərliyin ona göstərdiyi etimadı doğrultmağa çalışsın. Ən əsası isə, ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasi kursa lazımi töhvələrini bəxş edə bilsin. O halda ortaya belə bir sual çıxır ki, görəsən hər bir vəzifə sahibi möhtərəm Prezidentin bu yöndə çağırışına əməl edirmi, yoxsa öz düşüncəsinə uyğun addımlarını atır? Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, səndemə Ağsu rayonunun Kalva kənd icra nümayəndəsi Cavid Qədirovla bərabər, bu kəndin bələdiyyə sədri də “kor atı minib köndələn çapmaq”la məşğul olurlar. Məsələn, bir neçə gün bundan öncə redaksiyamıza Ağsu rayonu, Kalva kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Hacıyev Alov Ağasan oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Alov Hacıyev şikayət ərizəsində Kalva kənd icra nümayəndəsi Cavid Qədirovun və bu kəndin bələdiyyə sədrinin qanunsuzluq əməllərindən bəhs edib, hər iki vəzifə sahibinin heç bir qanun-qaydanı qəbul etmədiklərini, bir kimsəni saya salmadıqlarını bildirir. Bu şəxs qeyd edir ki, “Mən Birinci Qarabağ müharibəsi veteranıyam və hal-hazırda Ağsu rayonunun Kalva kəndində yaşayıram. 20 il daxili işlər orqanlarında çalışmışam və hal-hazırda təqaüddəyəm. Qeyd edim ki, Ağsu çayının yaxınlığında, hansı ki, hər kəsin “Köç” adı ilə tanıdığı ərazidə bir vaqonum var idi və həmin vaqonda köç aparan çobanlar çay içər, çörək yeyərdilər. Bir müddət bundan öncə Kalva kənd icra nümayəndəsi Cavid Qədirov və bu kəndin bələdiyyə sədri aidiyyatı dövlət orqanlarına şikayət etdilər ki, həmin vaqon kafe kimi fəaliyyət göstərir. Bu şəxslərin etdikləri şikayətdən sonra VÖEN açdırdım və vergi ödədim, eyni zamanda vaqona kassa aparatı da qoydurdum. Bir sözlə, həmin vaqondan kiçik çayxana kimi istifadə etməyə başladım. Qeyd edim ki, 29 apreldən bir gün əvvəl həmin vaqonda oğurluq hadisəsi baş verdi və hər iki vəzifə sahibi həmin gün orada olurlar. Baş verən oğurluq hadisəsindən sonra dərhal polisə müraciət etdim. 29 apreldə gecə saat 04 radələrində Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri vaqonu yandırırlar və mən səhər saatlarında ora gedəndə gördüm ki, hər iki şəxs ərazidə çəkiliş aparırlar. Həmin vaxt onlara dedim ki, əvvəlcə oğurluq etdiniz, az sonra da yandırdınız ki, olub-qalan izləri itirə biləsiniz. İndi nə axtarırsınız deyə onlara sual verdikdə, hər iki şəxsin cavabı o oldu ki, “bizi bura polis göndərib”. Mən həm oğurluq, həm də yanğın hadisəsi ilə bağlı polisə ərizə ilə müraciət etmişəm, DİN-nin 102 xidmətinə məlumat vermişəm. Onu da bildirim ki, yanğın hadisəsi baş verərkən hadisə yerinə hüquq-mühafizə orqanlarının və FHN-nin əməkdaşları gəlmişdilər. Həmin vaxt bildirmişdim ki, yanğını Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri törədiblər. Düzdür, ilk əvvəl hər iki vəzifə sahibi bunu boyunlarından atmağa çalışsalar da, az sonra FHN-nin əməkdaşları “vaqon yandırılmışdır” deyə yekun rəylərində belə yazırlar. Mən bu olaylarla bağlı polisə müraciət etdikdən sonra, hər iki vəzifə sahibi hal-hazırda Ağsu- İsmayıllı-Şamaxı zonasında meşə gözətçisi işləyən qardaşım oğluna ilişməyə, qardaşım oğlunun cavabdehlik daşıdığı meşə zolaqlarını yoxlatdırmağa başladılar. Qeyd edim ki, mən 2019-cu ildən hər iki vəzifə sahibi ilə çəkişmədəyəm və onlara bir neçə dəfə məhkəmədə qalib gəlmişəm. Hətta, təhlükəsizliyimizin təmin olunması məqsədilə cənab Prezidentə bir neçə dəfə müraciətlər də ünvanlamışam. Elə ki, bu şəxslər qol qoyduqları çirkin əməllərindən əl çəkmədilər, son anda məcbur olub Kalva kənd bələdiyyəsinə aid meşə zolaqlarını yoxlatdırdım. Bu yöndə aparılan yoxlamalar zamanı 150 ədəd ağacın qanunsuz kəsilməsi faktı aşkarlandı. Əlavə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də şikayət ərizəsi göndərdim. Nazirlik əməkdaşlarının iştirakı ilə aparılan yoxlamalar zamanı, təqribən 1 ha sahədə 700 ədəd ağacın məhv olunduğu müəyyən olundu. Yəqin ki, həmin ağaclar ya kömür işi ilə məşğul olan şəxslərə, ya da ki, hansısa ağac emalı sexlərinə satılıb.
Onu da bildirim ki, qeyd olunan ərazidə şəxsi təsərrüfatım var və təsərrüfatıma qardaşım baxır. Hər kəsin “Köç” adı ilə tanıdığı ərazidə olan vaqonumun Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən yandırılması faktı, hələ də öz əhəmiyyətini itirməyib və bu işdə mən hər iki vəzifə sahibini günahkar hesab edirəm. Bu şəxslər 2019-cu ildə cənab Ramil Usubova mənimlə bağlı əsassız şikayət ərizələri yazır və mənə qarşı şər-böhtan atırdılar. Bu gün də onların yalnız bir məqsədləri var, o da mənə mümkün qədər ziyan vurmaqdır. Şükürlər olsun ki, ölkə rəhbərimiz sahibkarlığın inkişaf etdirilməsinə bu gün də öz dəstəyini göstərir və hal-hazırda təsərrüfatımda 80 baş camış var. Buna baxmayaraq, Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri bu gün də təsərrüfatımı ləğv etməyə çalışırlar. Amma, nə qədər cəhd etsələr də, onlar bu yöndə istəklərinə çata bilmirlər. Uzun müddətdir ki, bu kimi məsələlərlə bağlı məhkəmələrdə çəkişsək də, hər dəfə mənim xeyrimə məhkəmə qərarları çıxarılıb. Bir neçə gün bundan öncə isə, Ağsu RİH başçısının qəbulunda oldum və cənab Rövşən Bağırova lazımi sənədlərimi təqdim etdim. Cənab Başçı təqdim etdiyim sənədlərə baxıb “Burada qeyri-adi nəsə yoxdur. Ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir və həmin sahədən təyinatı üzrə də istifadə olunur” dedi. Kalva kənd icra nümayəndəsi və bələdiyyə sədri iddia edirlər ki, guya təsərrüfatıma aid tövlə qanunsuz tikilib. Amma, onlar belə bir iddialarını məhkəmələrdə sübuta yetirə bilmirlər. Bu gün isə onlar bizi başqa-başqa şəxslərin vasitəsilə şərləməyə çalışırlar”.
Bəli, baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, hər iki vəzifə sahibi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Kalva kənd sakini, Birinci Qarabağ müharibəsi veteranı Alov Hacıyevə lazımi dövlət dəstəyini göztərmək əvəzinə, bu gün onlar hansısa maraqlarını güdürlər və həmin şəxsi “ölüm həddinə” çatdırırlar. O halda sual oluna bilər ki, görəsən möhtərəm Prezidentin hər bir vəzifə sahibinə bu yöndə verdiyi tapşırıqlar Kalva kənd icra nümayəndəsi Cavid Qədirova və bu kəndin bələdiyyə sədrinə aidiyyatı yoxdurmu? Düşünürük ki, hər iki şəxs qol qoyduqları bütün hüquqpozmalara görə, gec-tez hüquqi müstəvidə ünvanlanan suallara cavab verməli olacaqlar. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. //AZERİNFO.MEDİA//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|