Xaçmazın başçısı da BU YOLLA ÜSYAN ÇIXARIR... - Sahibkarlara "RACON KƏSİB"...
Tarix: 8-09-2023, 09:08 |
Çap et
DİA.AZ: - Xaçmazda yeni rəhbərlik gəldiyi ilk günlərdən narazılıq yaratmağa başlayıb. Bu barədə DİA.AZ-a edilən müraciətlərdən anlaşılır. Belə ki, redaksiyamıza yazan sakinlərin iddialarından belə aydın olur ki, yeni başçının hətta TÖYCÜ TOPLAYANI da var ki, o da yerli sahibkarlara "racon kəsməyindən" belə qalmır.
Sakinlər dia-az.life-a yazır:
"Sizi Xaçmazdan narahat edirik. İcra başçısı Elnur Rzayev və onunözü ilə gətirdiyi Vüqar Nağıyev adlı şəxs sakinləri, əsasən də sahibkarları boğazayığıb. Kim nəsə iş görmək istəyirsə, gəlib başının üstünü kəsdirir. 3-5 dən almasalar, hər cür əngəllər törədirlər. "3-5" dediyim məcazi mənadadır. Bunlar harınlayıb... harasa deməyə də qorxur adam...
Biz də halal yolla çörək pulu qazanmaq istəyirik. Elnur Rzayevin rayondan xəbəri yoxdur.... Yollar bərbad, işıq yox, su yox, ancaq məqsədrləri odur ki, Vvüqarla əl-ələ verib pul qazansınlar.
Təsəvvür edin ki, Nərimanov küçəsinin səkilərini təmir edirlər... bizim və başqa sahibkarlara məxsus kimin obyekti varsa, öz pulumuza yerə daş düzdürürlər. Adı da o olur ki, Xaçmaz icra hakimiyyəti iş gördü..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...