Əsas Səhifə > Hadisə, Manşet > Zaqatalada sahibkarın obyektini kimlər uçurmaq istəyir...
Zaqatalada sahibkarın obyektini kimlər uçurmaq istəyir...16-02-2016, 09:26 |
DİA.AZ: - Zaqatala Rayonu Muxax kəndi sakini Seyidəhmədova Mayram Məhəmməd qızı redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. Narazı vətəndaşın DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir: "Prezident cənab İlham Əliyev sahibkarlara maneə yaratmamağı məmurlara dəfələrlə tapşırsada Zaqatala rayonunda bir çox məmurlar buna əməl netmirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul oluram ki, kənddə bir çörəkbişirmə seximdə 11 nəfər, maqazinimdə 2 nəfər, avtomobil təmiri sexində 3 və çayxanamda 2 nəfər işləyir. Bütün sənədlərim tam qaydasında və hər ay vaxtlı-vaxtında dövlət vergisini ödəməyimə baxmayaraq heç bir əsas olmadan Zaqtala rayon Məhkəməsinin hakimi Elburus Məmmədov qanunu fəaliyyətimə qanunsuz olaraq mane olmaq istəyir.Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qanunu mülkiyyətim olan obyektin sökülməsi üçün məhkəməyə verilən iddianın tam əsassız olmasına baxmayaraq hakim süründürməçilik yaradır. Hansı ki, təqdim edilən sənədlərə əsasən həmin idia əsassız olduğu üçün rədd edilməli idi.İddianı verən kənd sakini Süleymanov Faiq Süleyman oğlu sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum obyektə gələn elektirik xəttini qanunsuz olaraq kəsib ki, bu barədə Zaqatala Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişəm". Daha sonra narazı vətəndaş dia-az.life-a müraciətində bildirir: "Bu boyda qanunsuzluq olmaz mən qanunu sənədlərimlə mülkiyyət əldə edib qanunu dövlət vergisini ödəməklə sahibkarlıq fəaliyyəti ilə məşğul oluram ki, burada 18 nəfərdə işləyib ailəsinə qazanc aparırlar.Həttda çörəkbişirmə seximi ziyanla işlətməyimə baxmayaraq bağlamıram ki, 11 nəfər burada işləyən zəhmətkeş insanlar işsiz qalmasınlar. Mən dövlətimizi düşünüb bunu etsəmdə Zaqatala rayon Məhkəməsinin hakimi Elburus Məmmədov öz şəxsi maraqlarına görə 18 nəfərin çörəyinə dəymək istəyir". Zaqatala sakini adından dia-az.life-a daxil olan müraciətdə əlavə olaraq qeyd olunur: "Mən mətbuat vasitəsi ilə bir ağbirçək ana , sahibkar qadın kimi Prezident cənab İlham Əliyevə, Prezidnt Administirasiyasında yaradılmış Apellyasiya Şurasına müraciət edib xahiş edirəm mənim sahibkarlıq fəaliyyətimə maneə yaradıb süründürməçiliyə məruz qoyan vəzifəli şəxslərin və elektirik xəttini qnunsuz kəsmiş şəxsin barəsində ciddi tədbirlər görəsiniz. Sahibkarın inkişafına xüsusi diqqət yetirdiyi üçün hörmətli Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm". Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |