Əsas Səhifə > Hadisə, Manşet > Ağdaşda korrupsiya karvanı...

Ağdaşda korrupsiya karvanı...


5-03-2016, 11:48
Ağdaşda korrupsiya karvanı...
DİA.AZ: - Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən davamlı olaraq şikayətlər gəlməkdədir. DİA.AZ xatırladır ki, elə bu günlərdə vətəndaş qeyd olunan dövlət qurumundan şikayətini diqqətlərə çatdırdı.



dia-az.life xatırladır ki, bu dövlət müəssisəsinin əvvəlki rəhbərliyi də məhz rüşvət və korrupsiya ittihamı ilə 2 il əvvəl həbs olunmuşdu. Həm zaman aydın olmuşdu ki, Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vahid Seyfəlovun təşkilatçılığı və mərkəzin baş mühasibi Müşviq Baxışovun, rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müstəqim Məmmədovun, Ağdaş Peşə məktəbinin baş mühasibi Yaşar Həsənovun, Ağdaş rayon Maşad kənd poçt şöbəsinin rəisi Əslan Lətifovun və qeyrilərinin bilavasitə iştirakı ilə 2006-2013-cü illər ərzində saxta sənədlər əsasında vəfat etmiş və digər şəxslərin adlarına, o cümlədən 730 şəxsə yaşa görə, 31 şəxsə ailə başçısını itirməyə görə, 12 şəxsə əlilliyə görə ümumilikdə 773 şəxsə sosial müavinat təyinatı aparılaraq 1.988.779 manat məbləğində dövlət vəsaitini qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmələrində şübəhələr üçün əsaslar olduğundan Vahid Seyfəlova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü, Əslan Lətifova həmin məcəllənin 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri, Müşviq Baxışova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü, Müstəqim Məmmədova Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 313-cü, Yaşar Həsənova isə həmin məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilmişdir.

DİA.AZ-a edilən son müraciətlərdən aydın olur ki, Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin indiki rəhbərliyi də eyni qaydada fəaliyyətini sürdürür. Rayon sakinlərinin dia-az.life-a söylədikləri: "Dəfələrlə şikayət etsək də, səsimizi eşidən yoxdur. Səlim Müslümovun adamıdır deyə, kimsə toxunmur. Amma Səlim Müslümovdan da böyük prezident var. Biz haqsız nəsə tələb etmirik. 20-yə yaxın vətəndaşın sosial yardımı dayandırılıb. Ona görə də, toplu halda prezidentə müraciət etməyə hazırlaşırıq".

dia-az.life bildirir ki, yaxın günlərdə narazı vətəndaşların müraciətlərini təqdim edəcəyik. Bizi izləyin...

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt