Əsas Səhifə > Hadisə, Manşet > Hansı icra başçıları yol üstündədir...

Hansı icra başçıları yol üstündədir...


13-04-2016, 09:08
Hansı icra başçıları yol üstündədir...
DİA.AZ: - "Yeni dalğa başlayır. Bir neçə rayonun icra hakimiyyətinin başçısı vəzifələrindən kənarlaşdırılacaq. Yaxın günlərdə, bəlkə də yaxın saatlarda start düyməsi basılacaq yeni dalğada bir çox icra başçıları işsiz qalacaq. Başçılar üzərindəki oliqarx nəzarətinə də son verilir". Bu sözləri DİA.AZ-a hakimiyyətin yeni kadr islahatlarınının anonsunu verərkən bildirən hökumətdəki mötəbər mənbənin sözlərinə görə, bu gündən etibarən icra başçılarının növbəti ələmə prosesinə start verilir.

Qaynağın dia-az.life-a söylədikləri: "Ağsu, Qazax, Gədəbəy, Daşkəsən, Şəki, Qusar, Masallı, Astara, Xocavənd, Zəngilan, Şuşa rayonlarının icra başçılarının, habelə daha bir neçə RİH başçısının vəzifəsindən alınacağı şübhəsizdir. Proses başlayıb. Artıq qərar var. Əvəzedicilər hazırlanır və müəyyən olunur".

Bizi izləyin. Əlavə bilgilərimiz olacaq...

Geri qayıt