Əsas Səhifə > Hadisə, Manşet > "Bəlkə də heç bilmir kişi voleybol millisi var, ya yox…"

"Bəlkə də heç bilmir kişi voleybol millisi var, ya yox…"


8-08-2016, 09:35
"Bəlkə də heç bilmir kişi voleybol millisi var, ya yox…"
Məlumat vermişdik ki, kişilərdən ibarət voleybol üzrə milli komandamız diqqətdən kənar qalıb. Belə ki, kişi voleybolçular Avropa Oyunlarından sonra tamamilə çöküb. Hətta voleybolçular bununla bağlı prezident İlham Əliyevə də məktub ünvanlayıblar.
Məktubun surəti gənclər və idman naziri Azad Rəhimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevə də göndərilib.
Məsələ ilə bağlı bu dəfə milli komandanın üzvü Elmin Alişanov Hurriyyet.org-a açıqlama verib:
“Biz problemimizi Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi qarşısında dilə gətirdikdə, deyirlər ki, pul yoxdur, vəsait ayrılmır. Gənclər və İdman Nazirliyi bizimlə heç maraqlanmır. Bəlkə də heç bilmir kişi voleybol millisi var, ya yox…
Bizi görməzdən gəlirlər. Bizim idmandan baçqa heç yerdə əlavə işimiz yoxdur. Biz peşəkar idmançılarıq, sırf idmanla məşğuluq. İndi görürük ki, idmandan da xeyir gəlmir. Evə pul gətirə bilmirik deyə ailəmizin qarşısında çox utanırıq”.
Qeyd edək ki, kişilərdən ibarət milli komandamızın ötürücüsü, oyun qurucusu Tural Həsənli də saytımıza müsahibəsində oxşar durumdan danışmışdı.

"Bəlkə də heç bilmir kişi voleybol millisi var, ya yox…"
"Bəlkə də heç bilmir kişi voleybol millisi var, ya yox…"

Geri qayıt