Əsas Səhifə > Hadisə, Manşet > Piyada keçidləri, yoxsa ahıl adamlar üçün sağlamlıq testi?
Piyada keçidləri, yoxsa ahıl adamlar üçün sağlamlıq testi?15-08-2016, 11:59 |
Təxminən 3 il öncə paytaxtın Ziya Bünyadov prospektində 4 yeni yerüstü piyada keçidinin tikintisinə başlanıldı. "Azəryolservis"in tikdiyi bu piyada keçidinin hər birinin uzunluğu 56 metr, eni 3 metr, yerdən hündürlüyü 6 metr olduğu bildirilirdi. Keçidlərdən biri Ziya Bünyadov prospekti 118 ünvanında (“Hyundai”ın mərkəzi servisinin qarşısı), digəri Ziya Bünyadov prospekti 3023-cü məhəllədə ("Azpetrol YDM"ın qarşısı), üşüncüsü Ələsgər Qayıbov küçəsi ilə kəsişmədə, dördüncüsü isə Aşqarlar İnstitutunun qarşısında tikilib istismara verildi. Lakin Bakının Binəqədi rayonu Azadlıq prospekti 200\36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın hadisəsindən dərhal sonra bir sıra tikililərdə olduğu kimi, Ziya Bünyadov prospektindəki həmin bu piyada keçindlərində də təhlükəli üzlük materialların tələm-tələsik dəyişdirilməsinə start verildi. Gundelik-Baku.com olaraq bildirək ki, hazırda istifadəyə yararlı hesab edilən, ilk baxışdan həqiqətən də xeyli cəlbedici görünən bu piyada keçidlərinin tikintisində təəssüf ki, ciddi nöqsanlar görmək mümkündür. Bu nöqsanları gözdən qaçıranların diqqətinə çatdırmağı özümüzə borc bilirik ki, qeyd etdiyimiz 4 piyada keçidindən 3-də piyadaların pilləkənlərlə rahat çıxıb-düşməsini asanlaşdırmaq üçün vacib olan məhəccərlər, yəni vətəndaşların təhlükəsizliyi üçün son dərəcə vacib olan tutacaqlar qoyulmayıb. İndiki vəziyyətdə gənclər üçün bu problem çətinlik yaratmasa da, yaşlı piyadaların əsl zülmünə səbəb olur. Yerdən 6 metr hündürlüyə qalxmaq üçün təxminən 40 pilləkən adlamaq, ardınca da eyni henderlekdən aşağı düşmək yaşlı insanlar üçün heç də asan deyil.Bu mənada tikintini aparan təşkilatın məhəccərləri qoymaması faktiki olaraq piyada keçidindən rahat istifadə imkanlarını xeyli azaldır. Ətraf ərazilərdə yaşayan sakinlərin narahatlığına son qoyulacağını gözləmək isə innən belə təsəvvürə belə gəlmir. Çünki məlumata görə, keçidlərin tikintisini aparan təşkilatlar artıq öz yarımçıq "əsərlərini" müvafiq qurumlara təhvil verib. Qəribədir, qövlət komissiyası hansı əsasla bu piyada keçidlərini istismara yararlı hesab edib? Hər halda piyada keçidlərinin layihələrində məhəccərlərin qoyulmamasına inanmırıq. Bu mənada mövcud vəziyyətin yaranmasında günahkar əlbəttə ki, podratçı təşkilatlar hesab olunmalıdır. Məsələ ilə bağlı vətəndaşları narahat edən sualların cavabını tapmaq üçün Nəqliyyat Nazirliyinə telefon açsaq da, cavab verən olmadı.Məcbur olub "Azəryolservis" ASC ilə 493-80-83 saylı telefonla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı. "Azəryolservis" ASC-nin sədri Saleh Məmmədova demək stədiklərimiz oydu ki, zəhmət çəkib günlərin birində yolunu Ziya Bünyadov prospektindəki məhəccəri olmayan yerüstü piyada keçidlərindən salsa, pis olmaz. Bircə xahişimiz var, Saleh müəllimin gələndə özüylə əl ağacı da götürməsi məsləhətdir.Yoxsa, bilirsiniz, keçidlərdə tutacaq yoxdu, eyni zamanda buralar ahıl adamlar üçün daha çox sağlamlıq testinə bənzəyir. Güman edirik ki, Saleh Məmmədov səsimizi eşidərək xahişimizə əməl edəcək. Axı məsləhətli don gen olar, deyiblər... Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |