Əsas Səhifə > Hadisə, Manşet > Türkiyə şirkəti Eldar Mahmudovun seks qalmaqalında olmadığını bəyan etdi

Türkiyə şirkəti Eldar Mahmudovun seks qalmaqalında olmadığını bəyan etdi


17-08-2016, 09:33
Türkiyə şirkəti Eldar Mahmudovun seks qalmaqalında olmadığını bəyan etdi
Gununsesi.info-nun “Eldar Mahmudov üçün seks videosunu çəkən türk şirkəti-“Babil elektirik” MTN-nin sifarişçisi rolunda” başlıqlı xəbər böyük sensasiyaya səbəb olub. Xatırladaq ki, bununla bağlı saytımızda yer alan xəbərdə bildirilir ki, MTN-nin sabiq rəhbərliyinin törətdiyi cinayətlərdən biri də insanların şəxsi həyatına müdaxiləsi olub. Belə ki, Eldar Mahmudov və onun cinayətkar dəstəsi məmurları, iş adamlarını intim görüntüləri ilə şantaj edib, onlardan küli miqdarda pul alıb. Bu prosesdə isə MTN-nin vaxtilə Bakıda fəaliyyət gəstərən, türk şirkəti “Babil Elektirik”dən yararlandığı iddia olunur. Belə ki, şirkət Bakıda villalar, otellər və digər obyektlərdə elektirikləşmə aprarkən, MTN-nin tapşırığı ilə gizli kameralar yerləşdirirmiş.
Qeyd edək ki, şirkət Bakıda fəaliyyətini dayandırdığında oranın rəsmilərindən xəbərə münasibət öyrənmək cəhdimiz baş tutmamışdı.

Bu gün Türkiyənin “Babil” Elektrik Aydinlatma San ve Tic Ltd şirkətindən saytımıza məktub daxil olub. Türkiyədən göndərilən məktubda qeyd olunur ki, “Babil Elektirik”in Eldar Mahmudovla bağlılığı olmayıb: ” Babil Elektrik Aydinlatma San ve Tic Ltd Sti adının da yer aldığı xəbərinizdə şirkətimizin adı çəkilən qurumla və kişiylə hər hansı bir bağlılığı olmayıb.

Geri qayıt