Əsas Səhifə > Hadisə, Manşet > Azərbaycanda ilk: Məmur FETÖ-çu kimi həbs oluna bilər...

Azərbaycanda ilk: Məmur FETÖ-çu kimi həbs oluna bilər...


12-11-2016, 09:55
Azərbaycanda ilk: Məmur FETÖ-çu kimi həbs oluna bilər...
DİA.AZ: - Bir neşə gün əvvəl DİA.AZ olaraq Türkiyə KİV-lərinə istinadən informasiya verərək bildirmişdik ki, qardaş ölkədə çevrilişə cəhd edən Fətullah Gülən tərəfdarları ilə bağlı konkret faktlardan və adlardan ibarət sənədlər paketi Azərbaycana göndərilib. Həmin sənədlərdə göstərilir ki, FETÖ terror təşkilatı üzvləri TANAP kimi mühüm enerji layihəsini necə hədəfə alıblar. Həmin materialın isə Türkiyənin xüsusi xidmət orqanları (MİT) tərəfindən hazırlandığı deyilir.

Qeyd edək ki, bu günlərdə Türkiyədə olan Azərbaycanın hüquq-mühafizə orqanlarının təmsilçilərinin və habelə dövlət nümayəndələrinin də görüşlərində əsas müzakirə mövzusu məhz Fətullah Gülənin Azərbaycandakı dayaqlarının zərərsizləşdirilməsi olub. Onu da qeyd edək ki, hətta Azərbaycanda siyasi cameəyə belə nüfuz etməyə müvəffəq olan FETÖ-çular eyni zamanda biznes strukturlarına, habelə dövləti vəzifələrə belə sirayət edə biliblər. Bunun nəticəsidir ki, ölkənin müxalif partiyalarından birinin rəhbərliyində təmsil olunan şəxs FETÖ-çularla əlqaəsindən dolayı həbs olunub.

Bununla belə, dünən Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşən Azərbaycanın Daxili İşlər Naziri Ramil Usubov da son olaraq rəsmi Bakının Fətullag Güən tərəfdarlarına çox sərt reaksiya verəcəyini bir daha vurğulamış oldu. Yəni böyük bir proses hələ irəlidədir...

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, məhz bu qəbildən olan dövləti-hüquqi tədbirləd çərmivəsində ilk addımlardan biri kiçi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin fəaliyyətinin təftişi gözdən keçirilir. Bu barədə danışan mənbə iddia edir ki, artıq qurumun baş direktoru Taleh Ziyadovun bütün addımalrı nəzarətə götürülüb və buna qədərki fəaliyyəti, hətta köhnələrdəki əlaqələri belə yoxlanılır.

Mənbənin dia-az.life-a söylədikləri: "Azərbaycanda olk hadisə baş verə bilər. Yəni hansısa məmur "FETÖ işi"nə görə həbsə atılacaq. Bu, gözləniləndir. Çünki proses buna doğru gedir".

DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq. Əlavə bilgilərimi olacaq. Bizi izləyin...

Geri qayıt