Əsas Səhifə > Hadisə, Manşet > Cəbrayıl Xanlarov hələ də MTN generallarından qorxur
Cəbrayıl Xanlarov hələ də MTN generallarından qorxur28-11-2016, 08:46 |
Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 909-cu məhəllə sakinləri tərəfindən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət ünvanlanıb. Müraciətdə məhəllə sakinləri Cəbrayıl Xanlarovdan Əvəz Şükürov adlı iş adamının sözügedən məhəllədə heç bir tikinti norma və qaydalarına uyğun olmayan şəkildə bina tikməsinin qarşısını almaq tələb olunur: "Məsələnin mahiyyətini bir daha diqqətinizə çatdırırıq: Əvəz Şükürovun başçılıq etdiyi bir şirkət (adı məlum deyil) yaşadığımız N.Nərimanov küçəsi, 909-cu məhəllədə çoxmərtəbəli binanın tikintisinə başlanmışdır. Tikinti işləri yaşadığımız 5A saylı 12 mərtəbəli binaya parallel cəmi 6 metrliyində, eyni zamanda fəaliyyət göstərən Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Məlumat və resurs Mərkəzinin, 69 saylı uşaq bağçasının, Kənd Təsərrüfatı Nazirliyi Baş Dövlət Texniki Baytarlıq Nəzarəti Müfəttişliyinin inzibatı binası, Kooperasiya Universitetinin binalarının biabırçı bir məsafəsində aparılır. Tikinti aparan şəxslərə və müxtəlif instansiyalara müraciətimizə baxmayaraq, tikinti normalarını nümayişkəranə şəkildə pozaraq işlərinə davam edirlər. Bu sahəyə bilavasitə aidiyyatı olan qurumlara dəfələrlə müraciət etməyimizə baxmayaraq pəncərələrimizin cəmi 6 metrliyində bina tikən adamların mənəvi təcavüzünə məruz qalmışıq. Sizdən xahiş edirik ki, dövlətçilik, şəhərsalma, mülkiyyət, vətəndaş, insan hüquqlarının çox ciddi şəkildə pozulduğunu nəzərə alasınız və bu biabırçı qanunsuzluğa qarşı tədbir görəsiniz". Hörmətlə, 909-cu məhəllə sakinləri". Qeyd edək ki, mediada 909-cu məhəllə sakinlərinin şikayətləri əsasında bir neçə yazı dərc olunub. Və yazılarda tikilməkdə olan binanın əslində ləğv olunmuş MTN generllarına məxsus olduğu bildirilir. Belə ki, MTN-in İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin tikinti biznesinə rəhbərliyin Əvəz Şükürov adlı şəxsin həyata keçirdiyi bildirilir: «İdarə rəisi Azərbaycanda əsasən tikinti və restoran biznesi sahəsində böyük uğurlar əldə edib. Daha dəqiqi, Mövlan Şıxəliyev əslən İmişli rayonundan olan Əvəz Şükürovla biznes ortağı olaraq, tikinti sahəsinə də ciddi nüfuz edərək, böyük pullar qazanıb. Onun hətta ölkə xaricində də böyük biznesi var. Həmin biznesə də Əvəz Şükürov vasitəsilə nəzarət edir. Bundan əlavə, adıçəkilənlər Almaniya və Türkiyədə də cox bahalı evlər alıblar və hər iki ölkədə də qonşudurlar. Mənbə idarə rəisinin Əvəz Şükürova olan sonsuz etibarını təsdiq edən digər bir maraqlı faktı da açıqlayıb: «Mövlan Şıxəliyev Əvəz Şükürovla o qədər yaxın və etibarlı biznes şəriki olub ki, onun oğlunu da yanına işə götürmüşdü. Daha doğrusu, Əvəz Şükürovun oğlu Bayram Şükürov MTN-nin tabeliyindəki hərbi hissələrdən birində xidmət etsə də, M.Şixəliyev qanunlara məhəl qoymadan onu özünün köməkçisi və nazirlikdəki "kassiri" kimi işlədib. Bundan başqa, Əvəz Şükürovün ikinci oğlu Rəmzi Şükürov MTN-nin Baş İdarə rəisi Akif Covdarovun Milli Məclisdə işləyən oğlu ilə birgə calişir. Deyilənə görə, bu cütlük də dinc duran deyillər. Onların da adı müxtəlif qanun pozuntularında hallanıb...». Məlumatlı şəxs deyir ki, Mövlan Şıxəliyev o qədər irəli gedib ki, MTN-nin İmişli rayon şöbəsini rəisi Azər Səlimovu öz peşəsindən daha cox, Əvəz Şükürovun İmişlidəki biznesinin keşikçisi kimi fəaliyyət göstərməyə məcbur edib. Yəni dövlətin maraqları bunlar üçün bizneslərini qorumaqdan ibarət olub" - deyə mediada yayılan məlumatlarda bildirilir.(aztoday) Görünən budur ki, ləğv olunmuş MTN-in rəhbərliyi işdən uzaqlaşdırılsalarda hələ də məmurlar onlardan qorxur. Əks təqdirdə tikinti norma və qaydalarının kobud şəkildə pozulduğu bina tikintisinə FHN-in Tİkintiyə Nəzarət Agentliyi səssiz qalmazdı. Cəbrayıl Xanlarovun MTN generalları qarşısında niyə aciz qaldığı qaranlıq mətləblərdən xəbər verir. Onun hansı səbəbdən MTN generalları qarşısında gözügölgəli olub-olmaması araşdırılmalıdır... Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |