Əsas Səhifə > Hadisə, Manşet > Mikayıl Cabbarovun adamları Ağsuda qoçuluq edir...

Mikayıl Cabbarovun adamları Ağsuda qoçuluq edir...


11-08-2018, 12:03
Mikayıl Cabbarovun adamları Ağsuda qoçuluq edir...
DİA.AZ: - Ağsu rayonunun Gursulu kənd sakinləri Mələk Xanməmmədova, Xıdırova bacıları, toplam 11 qadın ölkənin 1-ci şəxslərinə əkinçiliklə məşğul olmalarına görə 40 nəfərə yaxın silahlı şəxsin hücumuna məruz qalmaları ilə bağlı müraciət ünvanlayıblar. Belə ki, 23 iyul 2018 -ci ildə əkib becərdikləri məhsulu – sarımsağı saxlancda qablaşdıran zaman bir avtobus və 5 yüngül minik maşını ilə toplam 40 nəfərə yaxın şəxs silahla qadınlara hücum edərək əmək müqaviləsini tələb ediblər.

DİA.AZ-a daxil olan müraciətdə bildirilir ki, zavallı kənd sakinləri muzdla işləmədiklərini , bir-birilərinə yardım etməklə məhsulu qablaşdırdıqlarını desələr də, vergi cinayətlərinin ibtidai araşdırılması idarəsindən olduqlarını deyən silahlılar zor gücünə həbslə təhdid edərək onlardan izahat alıblar. Xanım əkinçilər də sözlə dediklərini izahatları ilə də təsdiq ediblər ki, muzdla işləmirlər. Bundan sonra vergi məmurları xanımları boş blanka qol çəkdirərək azad ediblər. Onu da vurğulayaq ki, xanım əkinçilər qanunsuz olaraq saxlanmaları ilə bağlı qohumları Əlizadə Atakişiyevə zəng edib köməyə çağırıblar. Olay yerinə gələn Əlizadə bəyə anında vergi uçotunda durmamaq adı ilə 40 manat cərimə sanksiyası yazan silahlıların bu zorakılığı hazırda araşdırılır. Vergilər Nazirliyinin katibliyinin direktoru Nigar Alimova “operativ vergi nəzarətinin nəticələrindən narazı qalan “ , şikayətdə adı sonuncu yazılan Əlizadə Atakişiyevə müraciətin araşdırıldığını, İqtisadiyyat Nazirliyinin müavini Niyazi Səfərov isə adı birinci yazılan Mələk Xanməmmədovaya müraciətin aidiyyatı üzrə Vergilər Nazirliyinə göndərildiyini bildiriblər.

DİA.AZ bildirir ki, bu reketliklə bağlı, silah gücünə vətəndaşlardan izahat alınması, həbs təhdidi ilə boş blanka imza atdırılması faktı ilə bağlı hüquq-mühafizə orqanları qəti sözünü deməlidir. Əkinçi özünün ehtiyaclarını ödəmək üçün torpağında məhsul yetişdirməyə Vergilər Nazirliyinin lisenziyasını almalıdır?

Geri qayıt