Əsas Səhifə > Hadisə, Manşet > Başçı və bələdiyyə sədri rayonun torpağını qazıyıb satır
Başçı və bələdiyyə sədri rayonun torpağını qazıyıb satır15-08-2018, 09:32 |
Göyçay rayonu Hacalıkənd kənd sakini Qarabağ müharibəsi iştirakçısı, Yeni Azərbaycan Partiyasının üzvü Şıxəliyev Eldar Muxtar oğlu tərəfindən GundemXeber.Az-daxil olan şikayət məktubunu oxucuların diqqətinə olduğu kimi təqdim edirik: ''Sizə bildirəm ki, yaşadığım ərazidə Göyçay Kərpic zavodu Göyçay rayon icra başçısı Mehdi Səlimzadə və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyevlə əlbir olaraq kəndin ərazisindən qanunsuz olaraq torpaq daşıyıb dövlətə, təbiətə və kəndə küllü miqdarda ziyanlar vururlar. Qarabaqqal və Hacalıkənd kəndləri eyni sovetlikdə olduğu üçün bələdiyyələridə eynidir.Bir gündə dağlıq kənd ərazisindən 100 maşın torpaq daşınır ki, hər gün daşınan torpağa görə bələdiyyəyə 3000 (üç min) manat pul ödənilməlidir. Çünki Göyçay Kərpic zavodu ilə Qarabaqqal bələdiyyəsi arasında buna görə müqavilə bağlanılıb. Ancaq buna baxmayaraq müqaviləyə görə Qarabaqqal bələdiyyəsinə bir il ərzində cəmi 1000 manat pul ödənilir ki, bu açıq-aşkar saxtakarlıq, korrupsiya cinayətidir.Bu korrupsiya cinayətini Göyçay rayon icra başçıs Mehdi Səlimzadə və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Göyçay Kərpic zavodu ilə əlbir olub edirlər.Nəticədə dövlətə, təbiətə və kəndə küllü miqdarda ziyanlar dəyir. Nazirlər Kabinetinin məktubuna əsasən Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyevlə Göyçay Kərpic zavodu arasında torpağın hər bir kubu üçün 1 manatdan müqavilə bağlanmışdır.Bir gün ərzində hər biri 28-30 kub olmaqla 100 maşın torpaq daşınır ki, buna görə Qarabaqqal bələdiyyəsinə bir gün üçün 3000 (üç min) manat pul ödənilməlidir. Göyçay Kərpic zavodu bir il ərzində Qarabaqqal kəndindən 120 gün torpaq daşıyır ki, bunuda 3000 manata vurduqda cəmi 360.000 (üz yüz altmış min) manat pul edir. Ancaq Göyçay Kərpic zavodu, Göyçay rayon icra başçıs Mehdi Səlimzadə və Qarabaqqal kənd bələdiyyəsinin sədri Ramin Nəbiyev vəzifə səalhiyyətlərindən sui-istifadə edərək korrupsiya şəbəkəsi yaradıb həmin işə görə bələdiyyəyə ildə cəmi 1000 manat pul ödənilir.Bu küllü miqdarda pulun böyük hissəsi icra başçısı Mehdi Səlimzadəyə çatır.Gəlin baxın kəndin meşə zolağı məhv edilir.5 hektar ərazidən torpaq daşınmasına görə müqavilə bağlanılsada düz 10-15 hektar ərazinin torpağı daşınır.Uzun ömürlü böyük kükünar, nar, qaratikan, şam ağacları kəsilərək məhv edilib. Mehdi Səlimzadənin madddı maraqlarına görə təbiətə küllü miqdarda ziyanlar dəyir. Bu vandalizm, talançılıq və quldurluq cinayətidir ki, Mehdi Səlimzadənin rəhbərliyi altında Göyçay Kərpic zavodu və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev edirlər. Qeyd edim ki, Göyçay Kərpic zavodu Fətulla Gülənin yaxın silahdaşları olan Nuri Alim və oğlu Fateh Alimə məxsusdur.Həmin ata və oğul hazırda Türkiyədə həbsdə olsalarda kiçik oğlu Talğa burada Azərbaycan respublikasında gizlənərək Mehdi Səlimzadənin himayəsi ilə Göyçay Kərpic Zavodunu idarə edir.Talğa Alim hazırdada burada talançılıqla qazandığı gəlirdən Fətulla Gülənin bank hesabına pullar köçürür.Talğa Alim burada gülənçilərlə tez-tez görüş keçirib onları təlimatlandırır.Ona bu işlərdə isə Göyçay Kərpic zavodunun baş mühasibi (əslində isə zavodun bütün işlırini idarə edən) Qəbələ rayon sakini Ramin Ağayev köməklik edir.Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident xahiş edirəm bu müraciətimin obyektiv araşdırılıb təcili tədbirlər görülməsinə tapşırıq verəsiniz.Əslində bu cinayət əməllərinə görə başda icra başçısı Mehdi Səlimzadə olmaqla onun yaratdığı cinayətkar şəbəkə həbs edilməlidir. Kəndimizin torpağın daşıyıb, yaşllığını məhv edib dövlətdən, vergidən küllü miqdarda gəlir gizlədən, vəsaiti talan edən bu cinayətkar şəbəkənin cinayət əməlləri mütləq araşdırılmalıdır. Xahiş edirəm şikayətimi nəzərə alıb ictimailəşdirəsiniz.'' Geri qayıt |