Əsas Səhifə > Hadisə, Manşet > Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılır?

Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılır?


20-08-2018, 11:35
Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılır?
Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda meriyada başçı və bir müavin postu boşdur. Qanunvericiliyə uyğun olaraq, başçı təyin olunanadək mer vəzifəsinin səlahiyyətilərini müavin Fidumə Hüseynova icra edir.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan F.Hüseynova xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Bakı merinin hələ də təyin edilməməsi Bakı Şəhəri İcra Hakimiyyətinin ləğv edilə biləcəyi ehtimalını sualını doğurur.

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bir ara Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı fikirlər səsləndirilirdi: “Amma bu gün real görünmür. Çünki Bakı təsərrüfatı başsız buraxılsa özbaşınalıq yaranar. Yəqin ki, bu 2019-ci il bələdiyyə seçkiləri zamanı müəyyənləşəcək. Bakı Böyük Şəhər Bələdiyyəsinin də seçilməsi nəzəardə tutulacaq. Çünki bələdiyyə strukturu olmasa Bakı şəhərinin planlı inkişafı və vətandaşlara xidmət səviyyəsi yüksəlməyəcək. Amma bu hələ real görünmür. Yəqin ki, bundan sonrakı mərhələdə təyinat olacaq. Hər halda Bakı Şəhər İcra Hakimiyyətinə başçının təyin edilməsi səlahiyyəti cənab prezidentimizə məxsusdur. Zamanı gələndə cənab prezidentimiz layiq olanı bu vəzifəyə təyin edəcək”.

Geri qayıt