Əsas Səhifə > Hadisə, Manşet > Mikayıl Cabbarov Səfər Mehdiyevin qarşısında nədən aciz qalıb?
Mikayıl Cabbarov Səfər Mehdiyevin qarşısında nədən aciz qalıb?12-12-2018, 10:52 |
DİA.AZ: - Hələ xeyli əvvəlindən belə bir ideyanın hakimiyyətin üst dairələrini məşğul etdiyi söylənilirdi. Söhbət Dövlət Gömrük Komitəsinin ləğvindən və Vergilər Nazirliyinə tabe etdirilməsindən gedirdi. Lakin sonradan bu fikirdən vaz keçildi və əvəzində Vergilər Nazirliyində DGK-ya nəzarət etməli olan bir qurum təsis olundu. Bu gün isə VN-dəki idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin əslində qeyri-işlək olması daha qabarıq şəkildə hiss olunduğundan yenidən gömrük sisteminin nəzarət altında götürülməsi məsələsi gündəmə gəlməkdədir. Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə bildiurir ki, ölkədə həyata keçirilən iqtisadi islahatların fonunda Səfər Mehdiyevin rəhbərlik etdiyi gömrük şəbəkəsinin daha çox köhnədən bəlli olan xarakterinə uyğun şəkildə fəaliyyət göstərməsi "yuxarılarda" neqativ qətaət formalaşdırmaqdadır ki, bu da birbaşa olaraq DGK-nın daha hansı formada qeyd olunan siyasətə ayaq uydura bilməsinin təminatı barədə müzakirələri yenidən zəruri edir. Mənbə bu açıqlaması ilə yanaşı dia-az.life-a maraqlı faktları da bildirib: "Məsələn, bu gün faktiki olaraq DGK-ya qanuni şəkildə nəzarət hüququ olan VN tam olaraq fəaliyyətsiz kimi görünür. Yəni burada söhbət gömrüyə nəzarət mexanizminin fəaliyyətsizliyindən gedir. Mikayıl Cabbarov da bu məsələdən narahatdır. Amma Səfər Mehdiyevin hakimiyyət dairələrindəki avtoritetu imkan vermir ki, nisbətən zəif kimi görünən Mikayıl Cabbarova qanunlarla təsbit olunmuş hüquqlarının yaratdığı fəaliyyətini həyata keçirsin". Mənbə onu da bildirib ki, məhz buna görə yaxın vaxtlarda DGK ilə bağlı yeni müzakirələr açılacaq: "Burada kimsə Səfər Mehdiyevin nazı ilə oynaya bilməz. Çünki söhbət ölkənin ümumi iqtisadi mənzərəsinin ayrılmaz hissəsi olan gömrük qapılarındakı atmosferdən gedir. Bu ab-hava qənaətbəxş olmazsa, daxildə həyata keçirilən istənilən bir islahat mənasız enerji və maliyyə sərfiyyatından başqa bir şey deyil. Məhz buna görə, yaxın vaxtlarda Səfər Mehdiyevin fəaliyyətinə dəqiq qiymət veriləcək. Ya o, yeni qaydalara ayaq uyduracaq, ya da ona yeni qaydalar tətbiq olunacaq". Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |