Əsas Səhifə > Hadisə, Manşet > Özü Siyəzəndə... İzi Şabranda...
Özü Siyəzəndə... İzi Şabranda...2-09-2019, 10:57 |
DİA.AZ: - Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi 92 a, mənzil 1 ünvanda yaşayan Bədəlov Cəlal Bayram oğlu tərəfindən Şabran rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda da Siyəzənə rəhbərlik edən Novruz Novruzova şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Sizin aparatın mənə ünvanladığı 30.08.2019-cu il tarixli məktubunuza cavab olaraq bildiririk ki, Siz Mehdi Bababəyovdan aldığınız mənə məxsus 177000 (yüz yetmiş yeddi min) manat pulu qaytarmaq əvəzinə tabeçiliyinizdəki işçilər adından mənə məktub ünvanlayaraq sizə aidiyyatı olmadığınızı bildirirsiniz. Mehdi Balabəyov dəfələrlə pulu Sizə verdiyini söyləmiş, siz də pulu qaytaracağınıza söz vermişsiniz. Yaxın günlərdə bu məsələ ictimaiyyətə açıqlanacaq. Siz fikirləşmirsiniz ki, İcra Hakimiyyəti başçısı postundan gedəndən sonra mənim pulumu necə qaytaracaqsınız? Sizdən birinci növbədə xahiş edirik, sonra bir vətəndaş kimi tələb edirik ki, bizim pulumuzu qaytarasınız". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |