Əsas Səhifə > Hadisə, Manşet > Müştərilər "Express Bank"dan pullarını çəkməyə davam edir

Müştərilər "Express Bank"dan pullarını çəkməyə davam edir


23-10-2020, 13:00
Müştərilər "Express Bank"dan pullarını çəkməyə davam edir
“Express Bank” cari ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.

Pravda.az bankın hesabatına istinadən xəbər verir ki, “Express Bank”ın cəmi aktivləri 2020-ci ilin 3-cü rübündə 304 mln. 414 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 42 mln. 159 min manat azdır. Bundan başqa bankın cəmi öhdəlikləri də 2019-cü ilin 3-cü rübü ilə müqayisədə azalıb. Belə ki, “Express Bank”ın cəmi öhdəlikləri 43 mln. 446 min manat azalaraq 182 mln. 585 min manata enib. Bankın cəmi kapitalı isə 1 mln.285 min manat artaraq 121 mln. 828 min manata çatıb.

KREDİT PORTFELİ

“Express Bank”ın kredit portfeli 34 mln. 545 min manat artaraq 221 mln. 123 min manata çatıb. Bu isə bankın istehlak kreditlərinə üstünlük verməsinin nəticəsidir. Bankın istehlak kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 11 mln. 876 min manat artaraq 127 mln. 21 min manata çatıb.

MÜŞTƏRİLƏR DEPOZİTLƏRİNİ GERİ ÇƏKİR

Bankın deposit portfeli əriməyə davam edir. Belə ki, bankın ötən rüb azalan depozit portfeli bu rübdə də geriləyib. “Express Bank”ın depozit portfeli ötən ilin 3-cü rübü ilə müqayisədə 67 mln. 407 min manat azalaraq 112 mln. 820 min manata enib. Fiziki şəxslərin depozitləri 57 mln. 244 min manat, hüquqi şəxslərin depozitləri isə 10 mln.163 min manat azalıb. Bununla da sözügedən bank bazarda və əsasən də müştərilər arasında inam itirir.

FAİZ GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ

“Express Bank”ın faiz gəlirləri 2 mln. 42 min manat artıb. Faiz xərcləri 1 mln. 974 min manat azalıb. Bankın xalis faiz gəliri 4 mln. 15 min manat artsa da qeyri-faiz gəliri 1 mln. 454 min manat azalıb. Bundan başqa bankın qeyri-faiz xərcləri də 2 mln. 864 min manat azalaraq 24 mln. 364 min manat enib. Buna görə də bankın əməliyyat mənfəəti 9 mln. 231 min manat olub.

AZALAN MƏNFƏƏT

“Express Bank”ın mənfəəti 3-cü rübdə 7 mln. 426 min manat olub ki, bud a ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 mln. 164 min manat azdır. Bankın məcmu kapitalı 1 mln. 648 min manat artaraq 118 mln. 098 min manata çatıb.

Geri qayıt