Əsas Səhifə > Hadisə, Manşet > “UNİCEF”-dən AZƏRBAYCANA QARŞI TƏXRİBAT

“UNİCEF”-dən AZƏRBAYCANA QARŞI TƏXRİBAT


29-10-2020, 12:45
“UNİCEF”-dən AZƏRBAYCANA QARŞI TƏXRİBAT
BMT-nin Uşaq Fondu “UNİCEF” münaqişə zonasındakı vəziyyət, dinc əhalinin hədəf alınması nəticəsində həlak olan uşaqlarla bağlı “UNICEF-in Dağlıq Qarabağda və onun hüdudlarından kənarda bir aydır davam edən döyüş əməliyyatları haqqında bəyanatı” adlı sənəd yayıb.

“AzPolitika.info” xəbər verir ki, qurumun saytında yayımlanan “bəyanat”da sənədin başlığından da göründüyü kimi, Dağlıq Qarabağın hansı ölkənin suveren sərhədləri daxilində olması, döyüş əməliyyatlarının hansı dövlətin ərazisində getdiyinə dair bir kəlmə də yazılmayıb. Əksinə, Qarabağ bir növ müstəqil ərazi kimi təqdim olunub. Bu da azmış kimi, həyatını itirən uşaqların adları və yaşı göstərilsə də, onların azərbaycanlı olduğuna dair heç nə yazılmayıb.

“UNICEF-in həmin qərəzli və biabırçı bəyanatında deyilir: “Cenevrə/Nyu-York, 28 oktyabr, 2020 - ci il. On aylıq Narin; bir yaşlı Mədinə; 8 yaşlı Aysu; 9 yaşlı Viktoriya; 13 yaşlı Şəhriyar; 13 yaşlı Artur; 14 yaşlı Fərid; 15 yaşlı Fidan; 15 yaşlı Nigar; 16 yaşlı Orxan.

Bunlar Dağlıq Qarabağ münaqişəsi zonasında və onun hüdudlarından kənarda bir ay ərzində döyüş əməliyyatları nəticəsində qətlə yetirilmiş 10 uşağın adları və yaşlarıdır. 11-yaşlı oğlanın və 12 yaşlı qızın adları hələ açıqlanmayıb.

130.000-dən çox insan köçürülmüş, 76 məktəb və uşaq bağçası zədələnmiş, bir doğum evi isə raket atəşinə tutulmuşdur. Saysız-hesabsız uşaq mülki sahələrdə gündəlik raket və mərmi atəşinin yaratdığı psixoloji təsirdən əziyyət çəkməkdədir.

Uşaqlar üçün, bu, dörd həftədir davam edən döyüşlərin və riayət edilməyən üç atəşkəsin dəhşətli nəticəsidir. Bundan sonra uşaqların həyatlarını itirməməsi üçün, “UNICEF”, bir daha hərbi əməliyyatların dərhal və tam dayandırılmasına çağırır.”

“UNİCEF”-dən AZƏRBAYCANA QARŞI TƏXRİBAT

Göründüyü kimi, bu üzdəniraq beynəlxalq təşkilat bəyanatında bircə yerdə də Azərbaycanın adını çəkmir, ölən körpə və uşaqların Ermənistanın insanlığa qarşı cinayət törədərək bombaladığı Azərbaycan şəhərlərində həlak olduğuna dair heç nə deyilmir.

Əvəzində bu qurum “130 min insanın köçürüldüyü, doğum evinin bombalandığı”na dair Ermənistanın və bütün ermənipərəst xarici mətbuatın yazdığı yalan məlumatlara utanmadan öz bəyanatında yer verib. Bununla da Azərbaycanın ərazi bütövlüyünə göstərdiyi hörmətsizlik bir tərəfə, guya hüquqlarını qoruduğu uşaqlara qarşı belə ayrıseçkilik edərək, qətlə yetirilən körpələrimizin ruhuna da sayğısızlıq göstərib.

“UNİCEF”-dən AZƏRBAYCANA QARŞI TƏXRİBAT

Xatırladaq ki, Azərbaycan “UNICEF”-ə mütəmadi olaraq yardım və ianələr ödəyir, onun fəaliyyətində, maliyyələşdirilməsində aktiv rol oynayır. Bu bəyanat isə sözügedən qurumun nankorluğunun və ölkəmizə qarşı ayrıseçkiliyinin, ermənipərəstliyinin bariz nümunəsidir.

Yəqin ki, Azərbaycan hökuməti səviyyəsində, ən azından Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu biabırçı və qərəzli bəyanata münasibət bildiriləcək.

“UNİCEF”-dən AZƏRBAYCANA QARŞI TƏXRİBAT

Qurumun Azərbaycan nümayəndəliyinə qarşı da müvafiq ölçü götürüləcək. Çünki artıq neçənci dəfədir ki, Azərbaycandan qidalanan, guya siyasətdən uzaq humanitar fəaliyyətlə məşğul olan bir çox beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli mövqe sərgiləyirlər. Və onlara layiqli cavab verilməyincə, bu tip bəyanat və açıqlamalar dayanmayacaq.

Geri qayıt