Əsas Səhifə > Hadisə, Manşet > "İlin-günün bu vaxtı "Baku Electronics" müştərisini aldadır..."
"İlin-günün bu vaxtı "Baku Electronics" müştərisini aldadır..."19-11-2020, 10:25 |
DİA.AZ: - "2-3 həftə olar, anamgil evə yeni soyuducu alıblar Baku Electronics -dən. Soyuducu evə gətirilib quraşdırılan gün anam dedi ki, bu səs eləyir və qızır. Videosunu çəkib, evdə elə bil məhlənin transformatoru işləyir". DİA.AZ bildirir ki, bu barədə narazı vətəndaş Nərmin Məmmədova şikayətində qeyd edib. Daha sonra narazı vətəndaş yazır: "Zəng eləyiblər servisə, usta gəlib evə səsi ölçməyə. Usta səsi ölçməzdən əvvəl deyib ki, bu model üçün normal səs 36 desibelə qədərdir. Amma 40 göstərsə də biz normal sayırıq. "Ok", bununla razılaşdıq. Usta səsi ölçüb, aparat göstərib 60 desibel. Usta deyib ki bu soyuducu xarabdır, mən servisə deyəcəm, sizin soyuducunu dəyişəcəklər. Dedik, nə yaxşı, məsələ həll olundu. Deməz olaydıq. 2 gündən sonra servisdən evə zəng gəldi ki, sizə bir usta da gəlir. Səbəbini bilmədik, dedik gəlsin day, keçib. Usta gəldi ki bəs səsi yenə ölçməliyəm, başqa aparatla. O biri ustanın aparatı xarab imiş, məni göndərdilər ki, bir də ölç. Ölçüb, aparat göstərib 34 desibel. Elə o ustanın yanında atam birinci ustaya zəng edib ki bəs bu nə deməkdir? Sən gəlib ölçüb 60db deməmişdin? Bu da deyib ki, hə, amma sonra SERVISDƏN MƏNƏ DEDILƏR KI, 60 OLA BILMƏZ, SƏNIN APARATIN XARABDIR, BAŞQA USTA BIR DƏ ÖLÇSÜN. Adama deyərlər, uşaq başı aldadırsız? Necə yəni, servis usta göndərir evə, usta deyəndə ki soyuduci xarabdır buna deyirlər yox, xarab olan sənin aparatındır. Nə isə, indi nə edəcəyimizi bilmirik. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də müraciət olunib, amma görünən odur ki, bu xarab soyuducu qalır boynumizda və 1500 AZN zibilə atılmış olur. Deməyim odur ki, ilin günün bu vaxtı Baku Electronics müştərilərini aldatmaqla məşğuldur, amma mən bu məsələni belə qoymayacam. Lazım gəlsə, məhkəməyə qədər yolumuz var". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |