Əsas Səhifə > Hadisə, Manşet > Sahil Babayev ancaq narazılıq yaradır...
Sahil Babayev ancaq narazılıq yaradır...24-11-2020, 10:11 |
DİA.AZ: - Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri postuna təyin ediləndən sonra özünü işgüzar və peşəkar birisi kimi göstərmək istəsə də, bu, onda alınmadı. Çünki məhz vətəndaşları narazı salmaq, vətəndaşlara dövlət tərəfindən tanınmış haqlı sosial qayğıları məhdudlaşdırmaq hesabına özünə divident qazanmağa çalışan Sahil Babayev günü bu gün də böyük bir şikayətçi ordusu yaratmaqdadır. DİA.AZ olaraq həmin şikayətçilərin bəzilərinin başına gələnləri təqdim edirik. Ki cənab nazir də yaratdığı situasiyaya baxıb xoşhallansın... Hər halda, gənc nazirimiz tədbir görənə bənzəmir... *** Kürdəmir şəhər, M.Ə. Sabir küçəsi, ev 9-da yaşayan Ruslan Gülbaba oğlu İbişov rəsmi olaraq, heç bir yerdə işləmir. O, 190 manat birdəfəlik ödəmə üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytına onlayn müraciət edib. Ancaq onun müraciətinə imtina cavabı gəlib və səbəb kimi Ruslan İbişovun “aktiv məşğulluğu” qeyd olunub. Ruslan İbişov bununla bağlı, Kürdəmir rayon Məşğulluq Mərkəzinə şikayət bildirsə də, ona heç bir köməklik olunmayıb. *** Kürdəmir rayon, Sovla kənd sakini İlahə Məmmədağa qızı Ağayevanın ailəsi 3 azyaşlı körpə olmaqla 5 nəfərdən ibarət aztəminatlı ailədir. Həyat yoldaşının rəsmi iş yeri yoxdur, usta yanında fəhləlik etməklə, ailəsini dolandırır. Buna görə də, İlahə Ağayeva ünvanlı sosial yardım almaq üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin VEMTAS saytına onlayn müraciət edib. Ancaq ona imtina cavabı verilib. Bunula bağlı Kürdəmir rayon DSMF-nun ƏƏSM-nə şikayət bildirsə də, İlahə Ağayevaya heç bir köməklik göstərilməyib. *** Kürdəmir rayon, Sovla kənd sakini Cəvahir Məmmədağa qızı Ağayeva dəfələrlə ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, ona imtina cavabı verilib. İmtinanın səbəbi kimi Cəvahir Ağayevanın “öhdəliyində pay torpağ” olduğu qeyd olunub. Cəvahir Ağayeva bununla bağlı Kürdəmir rayon DSMF-nun ƏƏSM-nə şikayət bildirsə də, ona heç bir köməklik olunmayıb. *** Sabirabad şəhər, M. Mirağaoğlu küçəsi 56 ünvanında yaşayan Təhmasib Əliyev rayonda şadlıq saraylarından birində aşbaz işləyib. Məlum Pandemiya səbəbi ilə şadlıq sarayları fəaliyyətini müvəqqəti olaraq dayandırdığı üçün Təhmasib Əliyev də yeddi aydır işsiz qalıb. O, bununla bağlı kompensasiya ala bilmək üçün dəfələrlə Sabirabad rayon məşğulluq idarəsinə məlumat versə də, onun şikayətinə cavab verən olmayıb. *** dia-az.life olaraq bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin mövqyini dinləməyə hazırıq... Geri qayıt |