Əsas Səhifə > Hadisə, Manşet > Gənc icra başçısı üçün də sakinlər önəmli deyil...
Gənc icra başçısı üçün də sakinlər önəmli deyil...9-12-2020, 15:29 |
Xaçmaz rayonunun Alıc-Qışlaq kənd sakinləri tez – tez işıq problemi ilə üzləşirlər. Onlar bildirir ki, kənddə heç bir səsəb olmadan, yanma vaxtı bilinmədən gün ərzində 5-6 dəfə işıqlar söndürülür. Sakinlər şikayət edirlər ki, işıqlar tez – tez söndürülərkən kənddə internet problemi də yaranır. Bu da təhsil alan şagirdlərin online dərslərə qoşula bilməyib, geri qalmasına səbəb olur. DİA.AZ xəbər verir ki, kənd sakinləri bununla bağlı dəfələrlə, Xaçmaz rayon İcra Hakimiyyətinə və Xaçmaz rayonunun Elektrik Şəbəkə İdarəsinə şikayət bildirsələr də, onlara heç bir halda köməklik olunmayıb. Sakinlər bildirir ki, icra başçısıl üçün onlar önəm kəsb etmir: "Biz kimik ki başçı bizlə maraqlansın. O, öz kefində olan adamdır..." İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |