Əsas Səhifə > Hadisə, Manşet > "Gələcəkdə Vətənimizi müdafiə edəcək 3 azyaşlı oğlum var..."
"Gələcəkdə Vətənimizi müdafiə edəcək 3 azyaşlı oğlum var..."14-01-2021, 10:58 |
Azərbaycan Respubliksının Prezıdenti Möhtərəm İlham Əliyev Cənablarına Surəti Azərbaycan Respubliksının Birinci Vitese-Prezıdenti Hörmətli Mehriban Xanım Əliyevaya Surəti Azərbaycan Respubliksının Baş Naziri Cənab Əli Əsədova Surəti Azərbaycan Respubliksının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman hörmətli Səbinə Əliyevaya Surəti Azərbaycan Respubliksının Mərkəzi Bankının sədri Cənab Elman Rüstəmova Surəti Bank of Baku ASC-nin müşahidə şurasının sədri Cənab Elçin İsayevə Surəti Azərbaycan Respubliksı Respublika Xammal və Əmtəə Birjası “Külək” MMC Hərrac Mərkəzi Mən ağciyər xəstəliyindən əziyyət çəkən həyat yoldaşımın müalicəsi üçün Sumqayıt ş., 6-cı mkr, ev-35, mənzil-158 ünvanındakı 3 otaqlı evimi girov qoyaraq “Bank of Baku”-nun Sumqayıt filialından 22 500 ABŞ dollar (köhnə məzənnə ilə) kredit götürmüşdüm. Dollarin kursunda artım olduqdan sonra banka 15 000 manat qalıq borcum qalmışdı. Bankın İlkin adlı əməkdaşı mənə bildirdi ki, “5000 manatdan yuxarı ödəniş etsən banka olan borcun köhnə məzənnə ilə hesablanacaq” Onun təklifinə inanaraq 8350 manat ödəniş etdim. Buna baxmayraq, bank bundan sonra mənə mənə əlavə cərimə və faizlər hesablayaraq borcumu 22000 manata çatdırdı. Borcun ödənilməsi üçün məni Sumqayıt Şəhər Məhkəməsinə verdilər. Hazırda evimin hərrac yolu ilə satılmasına qərar verilib. 3 otaqlı evdə özümdən savayı qardaşım da ailəsi də ilə yaşayırlar. Mənzilin hərrac yolu ilə satılması 9 nəfərdən ibarət 2 ailənin evsiz qalması deməkdir. Mən özüm şəkərli diabet, həyat yoldaşım isə ağciyər xəstəsidir. Ailəmizdə işləyən şəxs yoxdur. Gələcəkdə Vətənimizi müdafiə edəcək 3 azyaşlı oğlum var. Mənzilimin “Külək” MMC Hərrac Mərkəzində hərraca çıxarılmasına dair mənə rəsmi qərar da göndərilmişdir. Pandemiyanın tüğyan etdiyi bir zamanda AR Konstitusiyasının tələblərinə zidd olaraq 9 nəfərdən 2 ailənin evsiz qoyulması böyük faciələrə zəmin yaradır. Xahiş edirəm qeyd olunanları nəzərə alaraq qalan borcumu hissələrlə ödəmək şərtilə 2 ailənin evsiz qalmaması üçün bizdən Öz köməyinizi əsirgəməyəsiniz. Hörmətlə Babayev Ramil Sabir oğlu Ünvan : Sumqayıt ş., 6-ci mk/rn, ev-35, m.-158 Tel. 050 362-07-97 Geri qayıt |