Əsas Səhifə > Hadisə, Manşet > Əli Həsənovun “elmi-helmi” rüşvət kəşfi
Əli Həsənovun “elmi-helmi” rüşvət kəşfi3-02-2021, 11:15 |
DİA.AZ: - "Jurnalistlərə dövlət hesabına mənzillər ayrılmasını Prezident Administrasiyasının (PA) keçmiş şöbə müdiri Əli Həsənovun “dövlət səviyyəsində korrupsiya”ya çevirməsindən biz hələ bu rüşvət məmurunun “keçmiş” olmadığı çağlarda yazmışıq. İndi prokurorluq fakt üzrə cinayət işi qaldırıb və artıq yeni faktlar üzə çıxmaqdadır. Ən başlıcası , mənzillərin rüşvətlə faktiki satılması söz qonusudur!". Bu barədə DİA.AZ_a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "İkinci binanın bölgüsü çağı PA-dan Zaman Quliyev adlı (vəzifəli) şəxs zənglə bildirdi ki, yalnız jurnalist kimi əmək haqqı alanlara mənzil verilir və guya müstəqil jurnalistlər bu işə “hobbi” kimi girişiblər. Zaman müəllim 40 ilin jurnalistika veteranına 65 yaşında veteran kimi güzəşt edilə biləcəyini də vurğuladı. Sözüm onda deyil, zamanında Zaman Quliyevin özbaşınalığından dövlət rəhbərliyinə, baş prokurorluğa müraciət edilsə də , Əli Həsənovun əli ilə sonuc vermədi. (Keçmiş) KİVDF -nin rəhbərliyi dəyişəndən sonra bir neçə dəfə bağlantı yaradaraq, PA-da bu adda məmurun işləmədiyini bildirdilər. Mövzudan uzaqlaşdığımızı fikirləşənlər yanılmasınlar . İkinci binadan elə “jurnalistlər” mənzil aldılar ki, nəinki jurnalist kimi əmək haqqı alıblar, heç “hobbi” adına bir cümlə də yazmayıblar. Fakt deməsək, yazdıqlarımızın heç bir dəyəri olmaz. Mir Şahin bəyin “kəlmeyi-jurnalistikası” deyir ki, faktdan başqa fakt yoxdur, jurnalist də onun elçisidir”. Azərbaycan Milli Elmlər Akademiyasının artıq ləğv edilmiş “elmin populyarlaşdırılması” idarəsinin rəisi də jurnalistlərin ikinci binasından mənzil alanların siyahısındadır. Elm ki, populyarlaşdı ha, onda deməli, elm yox, helm olur. Elmin populyarlaşıb helm olmasının jurnalistikaya nə aidliyi var? Yəqin, bu da Əli Həsənovun “elmi -helmi” kəşfindən qaynaqlanır. Elmi populyar et, helm olsun, jurnalistlərin binasında evin-mənzilin olsun! Jurnalistikada illərdi qələm çalanlar isə evsiz qalsın! Buna deyərlər, jurnalistlərin mənzil probleminin “elmi-helmi” çözümünün “Əli Həsənov qaydası”" İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |