Əsas Səhifə > Hadisə, Manşet > Siyavuş Novruzovu DİN-ə qarşı ürəkləndirən kimdir?
Siyavuş Novruzovu DİN-ə qarşı ürəkləndirən kimdir?11-02-2021, 10:23 |
DİA.AZ: - Məlum olduğu kimi, Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verir. Qeyd edək ki, bu barədə yerli mətbuata S.Novruzovun özü məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi tamamilə qanunsuzdur: “Görünən odur ki, aidiyyatı qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur. Halbuki həmin qanunu biz qəbul etmişik. Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur. Yəni, hara istəyir gedə bilər. Ona görə də millət vəkili kimi həmin qanunun müvafiq madddəsi ilə deputat olaraq mənim barəmdə cərimələnmək qərarı vermək qanunsuzdur. Onu da qeyd edim ki, qanun Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından üstündür. Bu səbəbdən də mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm”. Deputat onu da bildirib ki, artıq iddia ərizəsi hazırdır və Nəsimi Rayon Məhkəməsinə müraciət edəcək: “Bu məsələdə geri addım atmaq, güzəştə getmək olmaz. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Mən öz şəxsiyyətimi qoruyan adamam və heç kimə imkan vermərəm ki, mənimlə bu şəkildə davransın. Qanunsuzluq edənlərin hər biri elə qanunla cavablarını alacaqlar. Təzminat kimi 400 min manat tələb edirəm və həmin pulu şəhid ailələrinə bağışlayacağam”. Xatırladaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi. DİA.AZ bildirir ki, Siyavuş Novruzovun durub-dururkən aradan xeyli müddətin keçdiyi bir məqamda məhkəməyə ÖZ HÜQUQLARINI MÜDAFİƏ ETMƏ cəhdi kifayəıt qədər şübhəli görünməkdədir. Bu barədə ehtimallar ondan yanadır ki, Siyavuş Novruzovu ÜRƏKLƏNDİRƏN, DİN-ə qarşı məhkəməyə həvəsləndirən var. Bu SİRLİ QÜVVƏnin isə kim olduğunu təxmin etmək o qədər də çətin deyil. Bəli söhbət Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın hazırki prezidenti Ramiz Mehdiyevdən gedir. Nə əlaqə deyə... soruşa bilərsiniz. Qeyd edək ki, Siyavuş Novruzovun məhkəmə iddiası tələbindən öncə mediada daha bir MƏHKƏMƏ İDDİASI xəbəri yayılmışdı. Bu dəfə isə qollarını çırmalayan şəxs elə "ağsaqqal"ın özü idi. Xəbərlərdən aydın olurdu ki, Ramiz Mehdiyev 15 deputatı məhkəməyə verir. Xatırladaq ki, Ramiz Mehdiyev aylar əvvəl məhkəməyə verəcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Amma həmin ərəfədə Siyavuş Novruzov nəinki xəbərdarlıq belə etməmişdi, əksinə susmağa, mətbuatdan qaçmağa üstünlük verirdi. İndi isə "ağsaqqal" və ona biət etdiyi artıq şübhə doğurmayan Siyavuş Novruzov HÜQUQ DAVASINA çıxıb. Nə deyirik... qolunuza qüvvət... İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |