Əsas Səhifə > Hadisə, Manşet > General-mayor Altay Mehdiyevi KİMLƏR HƏDƏFƏ GƏTİRİB?

General-mayor Altay Mehdiyevi KİMLƏR HƏDƏFƏ GƏTİRİB?


10-06-2021, 08:55
General-mayor Altay Mehdiyevi KİMLƏR HƏDƏFƏ GƏTİRİB?
Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev bəyanat yayıb.

Gununsesi.info-ya təqdim olunan bəyanatda Altay Mehdiyev ordudan kənarlaşdırlmasına toxunub və bunu əfalətsizlik kimi qiymətləndirib.

Gununsesi.info həmin bəyanatı təqdim edir:

Mən hələ 1991 ci ilin axırlarında Ordumuzun yaranmasında fəal iştirak edən ali hərbi təhsilli (M.V.Frunze adına hərbi akademiya) zabitlərdən biri olmuşam. Birinci Qarabağ müharibəsi zamanı –1992 ci ildə Ağdam-Ağcəbədi istiqamətində hərbi hissənin qərərgah rəisi, 1993-94 ve illərdə Tərtər-Bərdə istiqamətində hərbi hissə komandiri, 1994-97 ci illər ərzində Tərtər-Fizuli istiqamətlərində hərbi hissə komandiri vəzifələrində döyüşlərə rəhbərlik edib, bir metr olsun belə Vətən torpaqlarımızı düşmənə təslim etməmişəm. 1997 ci ildə yeni yaranmaqda olan Hərbi Akademiyaya rəhbərlik etmişəm. 1998-2009 cür illər ərzində Naxçıvan MR yerləşən Ordu Korpusunun qərərgah rəisi vəzifəsində xidmət edərək on min hektarlarla torpaqlarımızın, əsasən də Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydərabad qəsəbəsinin böyük bir hissəsini, onun göstərişi ilə qəsəbədə tikilən şərab zavodunun azad edilməsinə şəxsən rəhbərlik etmişəm.
2009-2013 cür illər ərzində Hərbi Hava Qüvvələrinə komandanı– Müdafiə Nazirinin müavini vəzifəsində çalışmışam.
Bütün dünyaya bəllidir ki, İkinci Qarabağ müharibəsində Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsən rəhbərliyi altında — 44 gün ərzində düşməni darmadağın edilərək torpaqlarımız azad edilmişdir. Fəxr edirəm ki, bu döyüşlərdə mənim rəhbərliyin altında HHQ hazırlanan hərbi kadrlar böyük qəhrəmanlıq nümunəsi göstərmişlər.
Lakin bütün bunlara baxmayaraq ordumuzun rəhbərliyi tərəfindən böyük ədalətsizlıklərlə üzləşdım. Bir çox ali rütbəli zabitlər kimi, mənə də “onlar”a qoşulmaqı təklif etdilər. Lakin düzgün olaraq “onlar”in təklifini qəbul etməyərək, müharibənin ilk gündən tutduğum haqq və ədalət yolumu davam etdirdim. Çünki mən heç zaman “onlar” kimi dövlətimin, xalqımın, ordumun, vətənpərvər-qəhrəman əsgərimin əksinə gedə bilməzdim. “Onlar”dan fərqli olaraq, mənim vicdanım buna yol verməzdi.
“Onlar”a qoşulmadığıma görə, məni ordudan uzaqlaşdırmaq məqsədi ilə, 58 yaşımda hətta ehtiyata yox, istefaya göndərmək qərarını qəbul edərək, sifarişlə, hərbi həkim komissiyasini keçmədən, saxta olaraq hazırlanmış tibbi sənədlərimi Ali Baş Komandana təqdim etdilər….
Gözəl xatırlayıram, o zamankı Hərbi Əks-Kəşfiyyat idarəsinin rəisi, hall-hazırda həbsdə olan general N. Şirinov mənimlə təsadüfən başqa bir generalın ( hall-hazırda o da həbsdədir ) vasitəsi ilə görüşərək ” Bizimlə işləmədiyinə görə səni vaxtından əvvəl istefaya göndərəcəyik” – deyə söylədi. Bəli, “onlar” verdikləri sözə tam əməl edərək, qanunsuz olaraq məni istefaya göndərdilər. Lakin mən bu gün də fəxr edirəm ki, məhz “onlar”a qoşulmadığıma görə, təmiz vicdanla, vaxtından əvvəl olsa da belə istefadayam ! Nəinki “onlar”a qoşulub həbsdə olardım !
Ağıl, təhsil, vətənpərvərlik, dövlətinə, xalqına, vətənpərvər-qəhrəman əsgərinə sadiqlik və zaman hər şeyi həll edir. Ədalət yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır– deyirlər. Mən şəxsən inanıram ki, mənə qarşı olunan ədalətsizliyə gec-tez son qoyulacaq və bu ədalətsizliyə görə hər kəs öz cəzasını alacaq.

Geri qayıt