Əsas Səhifə > Hadisə, Manşet > Nəcməddin Sadıkovun evində gizli MÜZAKİRƏ

Nəcməddin Sadıkovun evində gizli MÜZAKİRƏ


28-06-2021, 11:25
Nəcməddin Sadıkovun evində gizli MÜZAKİRƏ
General-polkovnik Nəcməddin Sadıkovla bağlı növbəti iddia yayılıb.

Bizim.Media xəbər verir ki, sızan informasiyaya görə keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkov Müdafiə Nazirliyinin bəzi rütbəli zabitləri ilə evində “konsey” təşkil edib.

Barəsində müxtəlif ittihamlar olsa da, hələ də azadlıqda olan Sadıkovun həbs olunmaması bir yana, müxtəlif vasitələrlə indiyədək orduya təsir etdiyi deyilir.

Mətbuat yazır ki, Nəcməddinə bu işdə orduda qalan “sadiq adam”ları kömək edir. Belə ki, onun vaxtı ilə vəzifə verib, önə çəkdiyi şəxslər hələ də ona vəfalıdır və verdiyi tapşırıqları yerinə yetirirlər. Sadıkov onlarla görüşüb müəyyən göstərişlər verir.

Burada işin pis tərəflərindən ikisini qeyd etmək lazımdır. Birinci problem odur ki, Nəcməddinə vəfalı olan “kiteli ulduzlular” bu “sədaqət”lərini göstərməklə dövlətə də ziyan etməyə hazırdırlar.

Sanki Nəcməddin Sadıkovun vəzifədə, orduda səlahiyyətli qalması həmin hərbçilərə Kəlbəcərin Azərbaycanda qalmasından daha önəmlidir. Kəlbəcər müqayisəsinin səbəbi isə odur ki, zamanında ölkənin ən böyük rayonunu ermənilərə (Petrosyan-Yeltsin cütlüyünə) pay verən də elə Nəcməddin Sadıkov olub.

İkinci dəhşətli reallıq ondan ibarətdir ki, orduda Sadıkova yaxın olan şəxslər qısa zamanda yüksək vəzifələrə yüksəlirlər. Nəcməddini istəməyənlər isə ən yaxşı halda nazirlikdən uzaqlaşdırırlar.

Nəcməddinin sevmədikləri isə müxtəlif aqibətlərlə aradan götürülüb...

Çünki aprel döyüşlərində Raquf Orucov, Tovuz hadisələrində Polad Həşimov kimi Azərbaycan zabitlərinin şəhid olmasını Nəcməddinin sifarişi kimi dəyərləndirənlər də var. İddialara görə, Sadıkovun bu tip “fəaliyyəti” 44 günlük savaşda da özünü göstərib və müharibənin ilk günlərində ermənilərin dəqiq hədəflərə atəş açaraq azərbaycanlıları şəhid etməsi “Nəcməddin planı” idi.

Ta ki, general-polkovnik cəbhədən geri çağırılanacan...

Çoxdandır ki, onun həbsi gözlənilsə də, bu baş verməyib. Deyəsən, Sadıkovun həbsinə mane olan qüvvələr yalnız xaricdə deyil, ölkə daxilində də var. 1993-cü ildən 2021-ci ilin yanvar ayına qədər Baş Qərargah rəisi olan Sadıkov həm də “Tərtər işi”nin əsas sifarişçilərindən hesab olunur.

Geri qayıt