Əsas Səhifə > Hadisə, Manşet > Gənc nazir bunları bilsə... YAXŞI OLAR...
Gənc nazir bunları bilsə... YAXŞI OLAR...14-07-2021, 11:24 |
Qarabağ hər zaman mədəniyyətin beşiyi olub. İstər müharibə dövründə istərsə də müharibədən sonra. Bütövlükdə götürsək təkcə paytaxta deyil regionlarımızda mədəniyyətə böyük önəm verir. Bölgələrimizin günü-gündən inkişaf etməsi, dəyişməsi, aparılan sosial-iqtisadi islahatlar, eyni zamanda, mədəniyyət sahəsini də əhatə edir. Hazırda bütün bölgələrimizdə dövlətimizin mədəniyyət sahəsində apardığı təbliğat işlərinin nəticəsində mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Ağcabədi şəhəri Azərbaycan mədəniyyətinə öz töhfələrini verən bölgələrimizdəndir. Ağcabədi şəhəri Azərbaycan mədəniyyətinə dəyərli simalar qazandıran əsas mədəniyyət beşiklərindən biri sayılır. Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi mədəniyyətimizin əsl simalarından biridir. Ancaq uzun müddətdir ki, bu mərkəz mədəniyyətimizin üz qarasına çevrilib. Mədəniyyət Mərkəzinin adı mədəniyyət deyil digər xoşa gəlməz hallarda hallanır. Belə ki, bir müddərdir Ağcabədi şəhəri Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinə direktor təyin olunan Tofiq Cəfərov burada öz mədəniyyətini göstərir. Qarabağ Mədəniyyət Mərkəzi dövlət mədəniyyəti əvəzinə Tofiq Cəfərovun mədəniyyət ənənələri ilə işləyir. Qarabağ Mədəniyyət Mərkəzi əsl bazarı, özbaşnalığı, rüşvəti, şantajı, dövlət əlehinə məlumatları təbliğ edir. Görünür mədəniyyətin “m” dan xəbəri olmayan Tofiq Cəfərov bəs görəsən Qarabağ Mədəniyyət Mərkəzinə necə rəhbərlik edir. Görünən odur ki, direktorun bu hərəkətləri bəzi işbazların işinə yarayır. Yoxsa heç kim üzərində dahi Üzeyir Hacıbəylinin və ya Qarabağ adını daşıyan bu mərkəzin bu cür fəaliyyətinə göz yummazdı. Mədəniyyət Mərkəzində baş alıb gedən özbaşnalıq dəfələrlə Mədəniyyət Nazirliyinə şikayət olunsada həldə bu məsələ öz həllini tapmayıb. Yaşı mərkəzi idarə etməyə yetməyən yəni təqaüdə çıxmış olan bir şəxsin işdə qalması yəqin ki, həmdə qanunlarımıza zidd olan bir haldır. 68 yaşında olan bir direktorun bütün fəaliyyəti dövlət əlehinə əks təbliğat aparmaqdan ibarətdir. 68 yaşlı direktorun vəzifədə qalmasıda ayrıca bir mövzudur. Hazırda Tofiq Cəfərov barəsində Korrupsiya qarşı Mübarizə Baş İdarəsində cinayət işi olan birinin vəzifəsindən kənarlaşdırılmaması özü bir cinayətdir. Ümid edir ki, Azərbaycan mədəniyyətinə qara ləkə kimi yapışan əməlləri Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırılan Tofiq Cəfərov tezliklə layiq olduğu cəzasını alacaq. Mədəniyyət Nazirliyi bütün bu sadaladıqlarımızı diqqətdə saxlayacaq haqq-ədalətin yerini tapması naminə ədalətli qərar verəcək. Mövzuya qayıdacağıq Dunyapress.info Geri qayıt |