Əsas Səhifə > Hadisə, Manşet > "Bizə bu şəraitdə vaksin vurulur..."
"Bizə bu şəraitdə vaksin vurulur..."12-08-2021, 11:40 |
Səhiyyə Nazirliyinin Ağcəbədi Rayon Mərkəzi Xəstəxanasının Kürdlər kənindəki həkim məntəqəsi baxımsız vəziyyətdədir. Bu barədə Ölkə.Az-a kən sakinləri məlumat verib. Onlar tibb məntəqəsinin baxımsız vəziyyətdə olmasından gileyləniblər. Narahatlıq doğuran digər məqam isə bu cür uçuk-sökük binada sakinlərin koronavirus əleyhinə vaksinasiya olunmasıdır. “Belə şəraitdə adam xəstəlik tutmaqdan qorxur, hələ qaldı ki, hansısa xəstəliyə qarşı vaksinasiya olunasan” – sakinlər söyləyib. Səhiyyə Nazirliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, digər bütün xəstəxanalar kimi kəndlərdəki tibbi məntəqələr də 2020-ci ilin yanvarın 1-dən Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindədir. Məsələ ilə əlaqədar TƏBİB-ə də sorğu ünvanlanıb. Geri qayıt |