Əsas Səhifə > Hadisə, Manşet > "Göyçay «Komxoz» idarəsində 700 nəfərə yaxın işçinin adı gedir..."
"Göyçay «Komxoz» idarəsində 700 nəfərə yaxın işçinin adı gedir..."24-08-2021, 10:35 |
DİA.AZ: - Göyçay rayonu Çərəkə kənd sakini Məmmədov Rəvan İdris oğlu tərəfindən DİA.AZ-a şikayət ünvanlanıb. Narazı vətəndaş yazır: "Göyçay rayon İcra başçısı Mehdi Səlimzadənin yarıtmaz fəaliyyəti nəticəsində şəhərin mərkəzi küçələri zibilliyə qərq olub.Bu gün 23 avqust 2021-ci il ilk iş günü saat 12-00 mənzərə budur.Küçələr, evlərin qarşısı zibil tullantısı ilə doludur.Ətrafa üfunət iyi, təhlükəli xəstəlik yayan bu zibilliklər vaxtlı-vaxtında təmizlənmədiyi üçün insnların həyat və sağlamlıqları təhlükə altındadır. Baxmayaraq ki, Göyçay «Komxoz» idarəsində 700 nəfərə yaxın işçinin adı gedir.Adı işdə olan özü isə bir gündə olsun işə çıxmayanlar var ki, onların ya maaş kartları vəzifəli şəxslərin cibindədir yada aylıq haqq verirlər deyə onlara gözün üstə qaşın var deyən yoxdur. İcra başçısı Mehdi Səlimzadənin başı bazar açmağa, torpaq satmağa və digər korrupsiya əməllərinə qarşıdığı üçün Göyçay rayonu zibillik içində itib- batır, rayon antisanitar vəziyyətdədir ki, buda koronavirusdanda təhlükəli epidemiyaya gətirib çıxaracaq.Bu dəhşət saçan mənzərəni şəxsən çəkibmərkəzi orqanların nəzərəinə çatdırıb xahiş edirəm təcili tədbir görməsələr yeni növ qorxulu virus yayılacaq". İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |