Əsas Səhifə > Hadisə, Manşet > "Optimal Elektroniks"dən OPTİMAL FIRILDAQ...

"Optimal Elektroniks"dən OPTİMAL FIRILDAQ...


25-08-2021, 09:56
"Optimal Elektroniks"dən OPTİMAL FIRILDAQ...
DİA.AZ: - "Deməli, "Optimal Elektroniks"dən 2020-ci ilin fevral ayında notebook götürülüb adıma və 1 ay ödənişdən sonra pandemiya başladı..." DİA.AZ bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupunda Rafət Əliyeva adlı istifadəçi şikayətində bildirib.

"Optimal Elektroniks"dən OPTİMAL FIRILDAQ...

Daha sonra narazı vətəndaş yazır: ""Optimal elektroniks" müştərilərə pandemiya ilə əlaqədar 1 ay “güzəşt” edərək növbəti aydan ödəniş edə biləcəyimizi bildirdi. Halıyla apreli ödəniş etmədim və maydan ödəniş davam olundu, 2021-ci ilin iyun ayında bitdi. Amma gəl gör ki, tanıdılan bu “güzəşti” müştəri reyestr xidmətində gecikmə olarag salıblar.

Məqsəd bu idi yəni?! Nə haqla güzəşt adı altında müştəriyə gecikmə salırsınız?! Hamı dedi ki həmin ərəfədə halaldı "Optimal Elektroniks"ə... müştəriləri başa düşür... Amma bilmədilər ki, adlarına gecikmə salıblar..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Geri qayıt