Əsas Səhifə > Hadisə, Manşet > Göyçayı kimlər XARABALIĞA ÇEVİRİB?

Göyçayı kimlər XARABALIĞA ÇEVİRİB?


31-08-2021, 08:52
Göyçayı kimlər XARABALIĞA ÇEVİRİB?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti:Baş Prokuror cənab Kamran Əliyevə
Surəti:Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə
Surəti:Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

ŞİKAYƏT

Cənab Prezident!

Bu ərizəmlə yazıb Sizə bildirirəm ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə, arxitektor İntiqam Süleymanov əlbir olub korrupsiya şəbəkəsi yaradıb, rayonun M.Ə.Rəsulzadə küç. köhnə Uşaq Xəstəxanası ilə üz-üzə olan torpaq sahəsi üzərində qanunsuz tikinti işləri aparırlar. Hansı ki, həmin torpaq bələdiyyə mülikiyyətidir.Heç bir mülkiyyət sənədi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sənədi olmadan həmin torpaq zəbt edilib qanusnuz tiknti işləri aparılır.
Bu isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi - Maddə 5. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri
5.1. Şəhərsalma və fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:
5.1.1 ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi;
5.1.2. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi;
Qanunsuz tikinti işlərinə başlayan vətəndaş bu cinayəti icra başçısı Mehdi Səlimzadənin və arxitektor İntiqam Süleymanovla əlbir olub törədib.
Azərbaycan Respublikasının 188.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma –səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma -
bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin, arxitektor İntiqam Süleymanovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin tərkibi var. Göyçay şəhər bələdiyyəsinin sədri Cavid Rəhimov isə bələdiyyəyə məxsus ərazidə qanunsuz tikinti işlərinin başlanmasına tapşırıq verən icra başçısı Mehdi Səlimzadənin, arxitektur İntiqam Süleymanovun qanunsuz əməllərini görməzdən gəlir.
Cənab Prezident!Xahiş edirəm, ərizəm obyektiv araşdırılıb, dərhal qanunu tədbirlər görəsiniz. Ümid edirəm ki, o qanunsuz tikinti mütləq dayandırılacaq və cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunacaqdır.

Sonunda isə Sizdən çox xahiş edirəm, mənim təhlükəsizliyimi təmin edəsiniz!

30/08/2021
//azinfo.tv//

Göyçayı kimlər XARABALIĞA ÇEVİRİB?
Göyçayı kimlər XARABALIĞA ÇEVİRİB?
Göyçayı kimlər XARABALIĞA ÇEVİRİB?
Göyçayı kimlər XARABALIĞA ÇEVİRİB?



Geri qayıt