Əsas Səhifə > Hadisə, Manşet > İmişlidə KURYOZ OLAY: Baş həkim xəstələndi, öz xəstəxanasına ETİBAR ETMƏDİ...
İmişlidə KURYOZ OLAY: Baş həkim xəstələndi, öz xəstəxanasına ETİBAR ETMƏDİ...3-09-2021, 10:34 |
İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Eynulla Qasımovun koronavirusa yoluxduğu məlum olub. Günlərdir işə gəlib-getməyən, xəstəxanada həkimlər tərəfindən harada olduğu ilə bağlı müxtəlif müzakirələr aparılan baş həkimin yeri bəlli olub. Redaksiyaya daxil olan məlumata görə, baş həkim Eynulla Qasımov koronavirusa yoluxub və o, Bakıdakı özəl xəstəxanaların birində ciddi müalicə olunur. Onun özəl xəstəxanada müalicə olunması rayon sakinləri arasında ciddi suallar yaradıb. “O, niyə öz rəhbərlik etdiyi xəstəxanaya etibar etməyib, özəl xəstəxanaya üz tutub. Elə isə biz necə öz canımızı Eynulla Qasımovun rəhbərlik etdiyi xəstəxanaya etibar edək?”. Məlumata görə, baş həkim Eynulla Qasımov peyvənd olunmayıbmış. Hər gün minlərlə insana “peyvənd olunun” deyən baş həkim nədən özü peyvənd olunmayıb? Bakuform.com Geri qayıt |