Əsas Səhifə > Hadisə, Manşet > Bakıda QNET FIRILDAĞI...
Bakıda QNET FIRILDAĞI...5-10-2021, 15:15 |
Abşeron r-nu Xırdalan şəhər, R.Behbudov 61 Mənzil 56 da yaşayan Salmanov Eldəniz tərəfindən Moderator.az-ın redaksiyasına üvanladığı şikayət məktubunda “QNET” firması tərəfindən aldadıldığını bildirir. Şikayətçi müraciətində yazır: “Yazıb sizə bildirirəm ki, “QNET” şirkətinin nümayəndəsi Poladova Ayla Ramiz qızı tərəfindən oğlum Salmanzadə Taleh Eldəniz oğlu şirkətin ofsinə dəvət olunub və 5 may 2021-ci ildə də 1142 AZN ödəyərək 5 illik qüvvəsi olan tur paket alaraq həmin şirkətə üzv olub.Daha sonra Taleh Salmanzadə öz anası Günay Salmanova Seyfi qızını həmin “QNET” şirkətinə dəvət edib. Həyat yoldaşım Günay Salmanova da həmin şirkətə 24 may 2021-ci ildə 1142 AZN verərək 5 illik qüvvəsi olan tur paket alıb və “QNET” şirkətinə üzv olmuşdur. Daha sonra məni həyat yoldaşım Salmanova Günay “QNET” şirkətinə dəvət etdi həmin şirkətə üzv olmağımı təklif etdi. Mən də fikirləşdim ki, ailəmə dəstək üçün yanlarında olum və üzv oldum. Yoldaşım Salmanova Günay və mən Salmanov Eldəniz birlikdə dəfələrlə həmin “QNET” şirkətinə dəvət olunduq. Şirkətin nümayəndəsi Murad Sərhadlı bizimlə uzun-uzadı söhbət edirdi. Bizə şirkət haqqında videolar göstərərək işin doğruluğu barədə məlumat verirdi ki, hökmən üzv olun qazanın. Bizim də şirkət haqqında anlayışımız olmadığına görə aldanıb üzv olduq. men15 İyul 2021-ci ildə “QNET” şirkətinin saytında göstərilən qızıl-zinət əşyaları sifariş verdim və buna görə 1405 AZN pul ödəyərək, şirkətə üzv oldum. Sentyabrın 25-də mənə Murad Sərdarlı xəbər verdi ki, sifariş verdiyiniz məhsul gəlib və gəlin şirkətdən götürün. 27 sentyabr 2021 tarixində “QNET” şirkətinə gedərək Murad Sərhadlıdan məhsulu təhvil aldım. Onu da bildirim ki, biz şirkətə üzv olmaq üçün oğlum, mən və həyat yoldaşım o pulu borc almışdıq. O borcu qaytarmaq üçün aldığım qızılı satmaq qərarına gəldim və qızıl mağazalarına üz tutdum. Amma hansı mağazaya getdimsə, zərgərlər dedilər bu qızıl deyil, sizi aldadıblar. Ondan sonra üz tutdum şirkətə. Amma nə məhsulu geri aldılar, nə də pulumu qaytardılar. Biz ailəlikcə aldanmışıq və xahiş edirəm bizə köməklik edin”. Qeyd edək ki, E.Salmanov problemiylə bağlı Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova da yazılı şəkildə müraciət edib. E.Hüseynov isə saytımıza açıqlamasında artıq şirkətlə əlaqə saxladığını bildirib. Onun sözlərinə görə şikayətçinin məktubunu tərcümə edilərək baş ofisə göndərəcəklər. Buna görə də şikayətçi bir neçə gün gözləməli olacaq. Əgər müsbət cavab almasa, E.Hüseynov məsələylə bağlı aidiyyatı qurumlara müraciət edəcək. Geri qayıt |