Əsas Səhifə > Hadisə, Manşet > Göyçay Məşğulluq Mərkəzində özbaşınalıq
Göyçay Məşğulluq Mərkəzində özbaşınalıq11-10-2021, 11:50 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Göyçay şəhəri Şəhriyar küçəsi bina 8b, mənzil 7a ünvanında yaşayan Bayramov İlham Emin oğlu tərəfindən ŞİKAYƏT ƏRİZƏSİ Çox hörmətli cənab Prezident! Yazaraq Sizə bildirmək istəyirəm ki,mən 1961-ci il təvəllüdlü Bayramov İlham Emin oğlu 2017-ci il tarixdən Göyçay Məşğulluq Mərkəzində(11 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı) işsiz kimi qeydiyyatda olmağıma baxmayaraq məni işlə təmin etmirlər. Dəfələrlə rayon icra hakimiyyəti başçısının müavinlərinin qəbulunda olmuşam.Lakin Göyçay Sanitar-Təmizlik İdarəsi Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olanların içərisində yalnız öz şəxsi maraqlarına uyğun gələn vətəndaşları işə qəbul edirlər.Sanitar-Təmizlik idarəsinin hazırda rəisi olan Fuad Bəşirov bir zamanlar kafelərdə ofissiant işləyirdi.Daha sonra isə firmalardan mağazalara uşaq bezləri paylamağa başladı.Lakin sonradan başına tale quşu qondu və Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Əlibala oğlu Şükürovun himayədarlığı sayəsində o,Göyçay Sanitar-Təmizlik idarəsinə rəis vəzifəsinə təyin olundu.Sabiq rəis Loğman Əliyevin isə sözün əsl mənasında torbasını tikərək həbsə yolladılar.Bu gənc kadr isə vəzifəyə gəldiyi vaxtdan az sonra uğursuz fəaliyyətini büruzə verdi.Çinarlar şəhəri olan Göyçay zibilliklərə qərq oldu.Sanitar-Təmizlik idarəsində məsuliyyətsizlik,özbaşınalıq,korrupsiya halları artmağa başladı.Fuad Bəşirov öz yaxınlarını və güvəndiyi işçilərinin yaxınlarını Məşğulluq xətti ilə işə qəbul etdi.Lakin həmin işçilərin əksəriyyəti heç işlədikləri idarənin harada yerləşdiyindən belə xəbərsizdilər.Yalnız staj qarşılığında işə qəbul edilmiş bu vətəndaşların maaş kartları Fuad Bəşirovla və rayon icra hakimiyyətliyinin yüksək vəzifəli şəxləri arasında bölüşdürülürdü.Lakin bir müddət sonra Ölkəmizdə məmur həbsləri başladı və bundan qorxuya düşən Göyçay Sanitar-Təmizlik idarəsi maaş kartlarını sahiblərinə payladılar.Minimum əmək haqqı olan aylıq 250 (iki yüz əlli) manat sabit puldan cəmi 20 (iyirmi) manat həmin işçilərə,qalan məbləğ isə Fuad Bəşirova və rayon rəhbərliyinə çatırdı.Ancaq bu cür bölüşdürmə ədalətsiz olduğu üçün bəzi işçilər arasında narazılığa səbəb oldu.Ona görə də 20 (iyirmi) manat məbləğ 100 (yüz) manata qədər qaldırıldı.İşdə adı gedən,özləri isə heç vaxt işə gəlməyən həmin işçilər yalnız Monitorinq qrupları tərəfindən yoxlamalar gəldiyi zamanı özlərini apar-topar idarəyə çatdırırlar.Eyni zamanda həmin işçilər guya gündəlik işə çıxırmış kimi ayda bir və ya iki dəfə idarəyə gəlib qeydiyyat kitabcasına imza atırlar.Bunu isə subut etmək üçün həmin işçilərin maaş kartlarından hər ay bankomatdan pulun kimlər tərəfindən alınması yoxlanılmalıdır. Çünki bilindiyi kimi bankomatda bütün əməliyyatlar kamera ilə çəkilir və yaddaşda 5 il saxlanılır. Göyçay Sanitar-Təmizlik idarəsinin isə gündəlik işə çıxan 15-20 işçisi var.Məhz onlar say azlığına görə rayonun təmizliyinin öhdəsindən layiqincə gələ bilmirlər. Həmçinin idarəyə məxsus Dövlət əmlakı olan xüsusi təyinatlı nəqliyyat vasitələrinin bəzilərini özəl məqsələr üçün icarəyə veriblər. Əlbətdə mən yalnız yuxarıda qeyd etdiyim faktlardan xəbərdaram.Heç şübhəsiz ki,Göyçay Sanitar-Təmizlik idarəsində mənim bilmədiyim əlavə nə qədər cinayət halları mövcuddur. Hörmətli cənab Prezident! Sizdən çox xahiş edirəm,yuxarıda qeyd etdiyim faktların mənim iştirakımla araşdırılması üçün tapşırıq verəsiniz.Siz,o vakant iş yerlərini kasıb və işsiz insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutduğunuz halda,Fuad Bəşirov,Rəşad Şükürov və ya icra başçısı Mehdi Səlimzadə kimi vəzifəli şəxslər öz aralarında həmin pullardan necə yararlanmağı və maaş kartlarını hansı yollarla mənimsəməyi planlaşdırırlar. Lakin mən ümid edirəm ki,Siz Ali Baş Komandan olaraq məzlumun haqqının məmur tərəfindən ayaqlar altına alınmasına imkan verməyəcəksiniz! Sizdən bir daha çox xahiş edirəm,mənə Göyçay Sanitar-Təmizlik idarəsində işlə təmin olunmağıma köməklik göstərəsiniz,Fuad Bəşirovu isə tutduğu vəzifədən azad edilib,cəzalandırılması üçün tapşırıq verəsiniz,eyni zamanda mənim təhlükəsizliyimi öz üzərinizə götürəsiniz. Tel:0507279393 //azinfo.tv// Geri qayıt |