Əsas Səhifə > Hadisə, Manşet > SAXTAKARLIQ: Əvəz Qocayev hansı müharibədə İŞTİRAK EDİB?
SAXTAKARLIQ: Əvəz Qocayev hansı müharibədə İŞTİRAK EDİB?6-11-2021, 10:32 |
Azərbaycanda müharibə veteranı adından öz məqsədləri üçün sui-istifadə edən şəxslərin olması barədə uzun illərdir ki, yazılır. Lakin bu problem hələ də həllini tapmayıb. Hətta bu barədə aiddiyyatı qurumların - Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri də narahatlıqlarını dəfələrlə ifadə ediblər. Rəsmi məlumatlarda qeyd olunur ki, saxta müharibə veteranı adından cəmiyyətin sadə üzvləri ilə yanaşı, yüksək vəzifədə çalışan bəzi şəxslər də yararlanmağa çalışır. Qlobal.az xəbər verir ki, biorafiyasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı olması qeyd edilən məmurlardan biri də Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevdir. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytının "haqqımızda" bölməsində qeyd edilib. Lakin Əvəz Qocayev barəsində Agentliyin rəsmi səhifəsində yerləşdirilən bioqrafiyada bəzi ziddiyyətli məqamlar var. Belə ki, AAYDA-nın rəsmi saytında yerləşdirilən bioqrafiyada onun 1986-1993-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu 102 saylı Mənzil İstismar İdarəsində rəis, 1993- cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib, 1993-1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Tikinti və abadlıq işləri üzrə müavin, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Mənzil şöbəsində aparıcı mühəndis-müfəttiş, 2001-2002-ci illərdə "Azəravtonəqliyyat” Dövlət Konserninin Mənzil Təsərrüfat İdarəsində rəis vəzifəsində çalışdığı qeyd olunub. Bundan başqa, Qocayevin 2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində kompyüter bölməsində rəis, 2003-2008-ci illərdə "Yolnəqliyyatservis” Departamentinin İstehsalat şöbəsində rəis müavini, Reklam şöbəsində rəis, "Yolreklamservis” MMC-də rəis, 2008-2015-ci illərdə "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin "Avtomobil Yollarının İstismarı və reklam” MMC-də rəis vəzifələrində işlədiyi, 2015- 2017-ci illərdə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra etdiyi, 21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışdığı bildirilir. Bioqrafiyadan da göründüyü kimi, Əvəz Qocayevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda neçənci ildə və hansı döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilməyib. Əksinə, Ə.Qocayev müharibənin ən kəskin vaxtlarında paytaxt Bakı şəhərində müxtəlif vəzifələrdə çalışıb. Yerli medianın yazdığına görə, Əvəz Qocayev böyük sərvətlərə malik məmurlardandır. Onun çox sayda villalarının, restoranlarının, fermalarının, biznes xarakterli digər daşınmaz əmlaklarının olduğu deyilir. Ə. Qocayev indiyədək haqqında yazılan məlumatları təkzib etməyib. Qarşı tərəf mövqe bildirə bilər. Geri qayıt |