Əsas Səhifə > Hadisə, Manşet > "Kapital Bank" vətəndaşın pulunu OĞURLAYIB...
"Kapital Bank" vətəndaşın pulunu OĞURLAYIB...18-11-2021, 10:09 |
DİA.AZ: - "Şikayətim Kapital Bankdandır. 21 oktyabr tarixində Türkiyədəki saytların birinə yoldaşımın "bir kart"ından ödəniş etdim". DİA.AZ bildirir ki, bu barədə şikayətində Ülkər Əliyeva adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında qeyd edib. Daha sonra narazı vətəndaş yazır: "Ödəniş ləğv edilsə də balansımdan həmin tutuldu. 1 gün sonra ödənişi təkrar etdim. Yenə eyni. Tutulmuş məbləğ 10 gün sonra kartıma yarımçıq qayıtdı, 633₼ əksik. Email yazdım, cavab yoxdur. Zəng etmişəm deyirlər ki, konvertasiya pulu tutulub. Həyata keçməyən ödəniş üçün konvertasiya pulu olar? Özü də 8%. Bankdan pulumu geri qaytarmalarını tələb edirəm". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |