Əsas Səhifə > Hadisə, Manşet > "AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...

"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...


29-11-2021, 16:47
"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...
DİA.AZ: - “Azergold” QSC-nin sədri Zakir Həsənovun oğlu Zaur İbrahim haqqında DİA.AZ-a olduqca ilginc informasiyalar daxil olub. Belə ki, ""Azergold" rəhbərinin oğlunun etdikləri artıq heç bir çərçivəyə sığmır" deyən mənbə dia-az.life-a aşağıdakıları yazır:

"Zaur hazırda atasının rəhbərlik etdiyi Azergold QSC-nin tenderlərini qeyri-qanuni yollarla əldə edən “AZCD Group” QSC-yə rəhbərlik edir. O, Britaniyada ali təhsil aldıqdan (hansı vəsaitlə orada təhsil alması maraqlıdır) sonra 2019-cu ildə Bakıya qayıdır və bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayır. Orada qeyri-adekvat hərəkətlər edir, daha sonra isə orada yaşlı bir işçini döyür, məsələnin böyüməməsi üçün təcili şəkildə oradan uzaqlaşdırılır. Bundan sonra atası Zakir İbrahimov bir şirkət (“Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir, “Azergold” QSC-nin tenderlərini müxtəlif üsullarla həmin şirkətə ötürür və bu mexanizmlə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar.

"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...
"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...

Bu yolla davam bir müddət külli miqdarda pul qazansalar da, Zaurun səriştəsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər. Buna səbəb isə onun daimi narkotik vasitələrdən istifadə etməsi, özünə hörmətsizlik kimi qəbul etdiyi xırda məsələlərə görə işçiləri müxtəlif təhqirlərlə işdən çıxarmasıdır. Zaur işdə hər kəsi təhqir edir, işdən qovmaqla hədələyir: “Bilirsiz mən kiməm? Mən SƏDR-in oğluyam, sizi elə edərəm, heç yerdə parkovşik də işləyə bilmərsiz”. Sizə inandırıcı gəlməyə bilər, mən də öz gözümlə görməsəydim, qulaqlarımla eşitməsəydim mənə də şübhəli gələrdi. Amma siz 1997-ci ildə anadan olmuş bir oğlanın 3 avtomobilinin olmasını (Audi RS7, BMW X6, Land Rover Discovery 90PP677), avtomobildə silah gəzdirməsini göz önünə alsaz, sizə məntiqli görünər.

"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...
"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...

Nəsə, qayıdaq şirkət məsələsinə. Deməli işi sifariş verən ATA, işi görən OĞUL. Nəticədə iş keyfiyyətsiz və yarımçıq görülür, amma nə təsadüfdürsə sifarişçi “Azərgold” QSC maneəsiz işi təhvil alır.
Bu uğursuz layihə ilə yanaşı yenə Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş “Çinar İnşaat” MMC-yə təzyiq edərək 2 binanın 2 milyon manatlıq tikintisini “Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır, binaların tikintisi yarımçıq saxlanılır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və “gözün üstündə qaşın var” deyən olmur.

"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...
"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...
"AzerGold" şefi Zakir Həsənovun QIZIL KİMİ OĞLU...

Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə “Buta Construction” QSC-nin adını dəyişərək “AZCD Group” QSC http://www.azcdgroup.com/ edirlər, ofisin ünvanını dəyişirlər amma əməlləri dəyişmir.
Şirkətin adını dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə “AzerGold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,85 manat olan Tülallar-Çovdar avtomobil yolunun inşasını tenderdə bir çox köklü, beynəlxalq və “AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etsə də nə hikmətdirsə yenə hörmətli Zakir İbrahimovun oğlu Zaur İbrahimin şirkəti “AZCD Group” QSC qalib gəlir.
Bir il ərzində ümumi dəyəri 30 milyon manatdan daha çox olan 3 layihəni 1 şirkətə verən “Azergold” QSC və oranın sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimin qalib gələn şirkəti.
Çox maraqlı ailədir, ata “Azergold” QSC-də sədr, ana qızıl satışı ilə məşğul olan şirkətə rəhbərlik edir, özü isə “Azərgold” QSC-nin bütün tenderlərinin qalibi olur".

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

YAZININ DAVAMI VAR... Bizi izləməkdə davam edin...

Geri qayıt